Icma.az
close
up
RU
“Tramp armuda dırmaşmış ayını xatırladır armudun yaxşısını da ayı yeyər...”

“Tramp armuda dırmaşmış ayını xatırladır armudun yaxşısını da ayı yeyər...”

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“ABŞ-ın bir yolu var: İranı öz  geo-siyasi dairəsinə salsın, Hörmüz onun üçün ən gözəl  mexanizmdir. Odur ki, yuxarıda göstərdiyimiz  gizli danışıqları nəzərə almaqla ABŞ Hörmüzü İrana güzəştə gedəcək...”  

“İran tərəfi İsrailin Atom Elektrik Stansiyalarına iki hiper-səs raketi atsa, İsrail Çernobıla çevrilər və .orada bir yəhudi qalmaz. Reallıq budur...”

“ABŞ yenidən İrana qarşı yeni zərbələri dayandırsa da, İran tərəfi Bəhreyndə və Küveytdə olan ABŞ bazalarını vurduqlarını idda edir. Maraqlısı budur ki, nə baş verdiyini heç kim bilmir: nə qədər ölüm-itim var: Nə dağıdılıb? - məlum deyil.

“Reuters” İran tərəfinin Hörmüzü öz  nüvə proqramından üstün tutduğunu qeyd edir və ABŞ-dan tələb edir ki, nə qədər ki, ABŞ İranın Hörmüz üzərində tam nəzarətini qəbul etməyib, İranın nüvə proqramı ilə bağlı  heç bir  danışıqlar getməyəcək.

Memorandumu diqqətlə oxusaq, görərik ki, Sülh sazişinin qəbul olunmasında əsas maneə İranın nüvə proqramıdır və ABŞ bu danışıqlara başlamağa hazırdır. Ancaq İran tərəfinin Hörmüzü tam nəzarətə götürmək planı bütün məsələlərin üstündən xətt çəkir, çünki ABŞ İrana bunu güzəştə getsə, regionun geo-siyasi xəritəsi dəyişir və İran sözün həqiqi mənasında, çox  güclü regional dövlətə çevrilir. “ABŞ buna  gedəcəkmi?” sualı ortaya çıxır.”

Bu fikir və mülahizələri Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli dilə gətirib.

“İsrail və onlara qoşulmuş bir çox analitiklər  ABŞ-ın heç vaxt buna getməyəcəklərindən dəm vururlar. Vəziyyət isə başqadır. Hörmüzün bağlı qalması ABŞ-ın iqtisadi marağındadır. İran tərəfi bundan xəbərdardır və ABŞ-ın ancaq bu  kursla gedəcəyini bilir, odur ki, geri çəkilmir...

Heç kimin demədiyini, demək istəmədiyini biz demək istəyirik: ABŞ İrana bu güzəşti edəcək, ancaq gizli sazişlər əsasında buna nail olacaq. Məsələn gizli razılığa gələ bilərlər ki, İranın Hörmüzdən götürdüyü gəlirlərin müəyyən hissəsi ABŞ-ın büdcəsinə keçsin. Bu, təbii bir haldır. İran bu razılaşmalara gedəcək, əlbəttə ki, bu onun həm iqtisadi, həm də geo-siyasi marağındadır. Memorandumu diqqətlə oxusanız, görərsiniz ki, ABŞ İrana etdiyi güzəştlərin arxasında, ABŞ iqtisadiyyatına  gələcək gəlirlər durur.

Əlbəttə ki, İranla müharibəni təşkil edən ABŞ-ın xüsusi orqanları nə etdiklərini və bu müharibənin nə ilə  qurtaracağını öz geo-siyasi ssenarilərindən bilirlər, odur ki, Hörmüzün nəzarətini də İrana verəcəklər. Niyə? Çünki Hörmüzün İran tərəfindən nəzarəti neftin və qazın qiymətinin yüksək qalmasını təmin edir və ABŞ-ın rəqiblərinin iqtisadiyyatına ciddi zərbə vurur. Neftlə bağlı sadə bir faktı göstərək, Hörmüzün İranın nəzarətində olmasından  ABŞ hər barel neftdən 50-60 dollar rahatca gəlir götürür və rəqib ölkələrin iqtisadiyyatını çökdürür”, -deyə davamında həmsöhbətimiz bildirib.

Tahir Cəfərli hesab edir ki, NATO ilə bağlı Ankara  görüşünün pərdəarxası ciddi məsələləri ortaya çıxardı: 

“Baxmayaraq ki, Aİ ölkələrinin hamısı İrana qarşı birbaşa da olsa da ABŞ-a müəyyən mənada dəstək vermişdilər, ancaq müharibəyə qoşulmamışdılar. NATO –nun sammitinin Türkiyədə keçirilməsinin arxasında, bu hərbi təşkilatın İrana qarşı birləşəcəyini düşünmək də sadəlövhlükdür...  ABŞ üçün iki ölkə: Türkiyə və İsrail arasında  gedən qarşıdurmanın qarşısını almaq və Türkiyə ərazisindən İrana  təzyiqlər göstərmək və s. məsələlər yox idi... 

Bütün türk qəzetləri Donald Trampın Ərdoğanın əlini öpməsini, Türkiyə xarici siyasətinin qələbəsi kimi qələmə verirlər. Həqiqət isə başqadır. Dünyanın ən qüdrətli və məğlubedilməz ölkəsi olan ABŞ İranla münasibətlərdə Türkiyənin kənarda qalmayacağının göstəricisidir.

Biz anlamalıyıq ki, Tramp professional aktyordur. Onlarla filmlərdə çəkilib. Hər bir rola  girməyi bacaran böyük sənətkardır  Odur ki, onun nə istədiyini, hansı rola girdiyini müəyyən etmək çətindir.Tramp armud ağacına dırmaşmış ayını xatırladır, aydındır ki, armudun yaxşısını ayı yeyər...

Əgər düşünürsünüz ki, Tramp uduzub, səhvə yol verirsiniz. Tramp  Hörmüzlə bağlı bütün iqtisadi maraqlarını təmin edib. İnanmırsız, ABŞ-ın ÜDM statistikasına baxın, qısa  müddət, yəni İranla müharibədən sonra nə qədər  yüksəlim. Bax, həqiqət elə budur. 

Baxmayaraq ki, Ərdoğan İslam birliyindən, burada Türkiyənin aparıcı rolundan danışdı, onun nitqinin mətninin təhlili göstərir ki, ABŞ Türkiyəyə ancaq onun NATO-da Yaxın Şərqdə və Afrika qitəsində vuran əli kimi baxır və İsrailə qarşı Türkiyə tərəfinin bütün hərəkətlərinin dayandırılması tələbini irəli sürür... 

Aydındır ki, İsrail Yunanıstana ciddi silahlarla təmin edir və nəticənin müharibə ilə qurtaracağı isə aydın faktdır. Bəs niyə ABŞ bu müharibəni ortaya çıxarır?..

Məsələ ondadır ki, Türkiyə Aİ ölkələrinə  Qazaxstan, Rusiya, Türkmənistan, Azərbaycan və s. ölkələrdən neft və qaz  ixrac edir. Bu da neftin qiymətinin aşağı düşməsinə gətirib çıxarır...”

“İrana qarşı ABŞ-ın müharibəsinin  mahiyyətini yanacağın qiymətinin qaldırılması ilə bağlı olduğunu nəzərə alsaq, Aİ-yə gedən neftin və qazın qarşısının alınmasının bir yolu var: Yunanıstanla Türkiyənin müharibəsi. Bundan əlavə,  Çin, Rusiya və başqa ölkələrin mallarını Aİ ölkələrinə daşıyan “Orta xətt “ tranzitin işləməsinin qarşısını almaq. Bu müharibə başlasa, ABŞ bundan milyardlar qazanacaq, uduzanlar isə ABŞ-ın əsas rəqibi olan Aİ və Çin olacaq. 

İndi isə ABŞ-ın bir yolu var: İranı öz  geo-siyasi dairəsinə salsın, Hörmüz onun üçün ən gözəl  mexanizmdir. Odur ki, yuxarıda göstərdiyimiz  gizli danışıqları nəzərə almaqla ABŞ Hörmüzü İrana güzəştə gedəcək...  

Bu proses uzun çəkə bilməz. Söhbət İranın İsraili darmadağın etməsindən gedir. İran tərəfi İsrailin Atom Elektrik Stansiyalarına iki hiper-səs raketi atsa, İsrail Çernobıla çevrilər və .orada bir yəhudi qalmaz. Reallıq budur” , -deyə analtik vurğulayıb.

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 İyul 2026 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri