Icma.az
close
up
RU
Tramp Baydenə məhdudiyyət qoydu

Tramp Baydenə məhdudiyyət qoydu

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin məxfi məlumatlara girişini məhdudlaşdırıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Truth Social" sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, C.Baydenin məxfi məlumata giriş əldə etməyə davam etməsində heç bir zərurət yoxdur:

"Buna görə də Co Baydenin məxfi məlumatlara girişini və onun üçün kəşfiyyat məsələləri üzrə gündəlik brifinqin keçirilməsini dayandırırıq".

"Bu presedenti o özü 2021-ci ildə yaradıb. Həmin vaxt kəşfiyyata ABŞ-nin 45-ci prezidentinin (yəni mənim) milli təhlükəsizliklə bağlı məlumatlara giriş əldə etməsinə qadağa qoymağı tapşırmışdı. Milli təhlükəsizliyimizi həmişə qoruyacağam. Co, sən qovuldun. Amerikanı yenidən böyük edəcəyik", - deyə D.Tramp əlavə edib.

seeBaxış sayı:104
embedMənbə:https://oxu.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri