Icma.az
close
up
RU
Tramp beynəlxalq ictimaiyyəti nüvə müharibəsinin qarşısını almağa çağırıb

Tramp beynəlxalq ictimaiyyəti nüvə müharibəsinin qarşısını almağa çağırıb

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp nüvə silahından istifadəni və nüvə gücləri klubunun genişləndirilməsini qəbuledilməz hesab edir.

“Report” xəbər verir ki, Amerika lideri bunu çərşənbə günü Florida ştatının Mayami şəhərində Səudiyyə Ərəbistanı tərəfindən təşkil edilən investisiya forumunda təsdiqləyib.

O, həmçinin ABŞ-nin nüvə başlıqlarının sayını azaltmaq üçün Rusiya və Çinlə danışıqlar aparmasının tərəfdarı olduğunu bildirib. Tramp nüvə silahının mümkün istifadəsi barədə də danışıb:

“Bunun baş verməsinə heç vaxt icazə verilməməlidir. Əgər belə olsa, dünya məhv olacaq. Biz təkcə İran yox, başqa ölkələrin də nüvə silahı əldə etməsinə icazə verə bilmərik”.

O, hakimiyyətin ilk dövründə Rusiya prezidenti Vladimir Putinlə nüvə silahlarının məhdudlaşdırılması və sayının azaldılması məsələlərində çox uğurla qarşılıqlı əlaqədə olduğunu vurğulayıb.

“Rusiya və bizim ən böyük nüvə arsenalımız var, nüvə klubunun digər ölkələrindən çox irəlidəyik. Çin yaxın olmasa da, üç-dörd ildən, beş ildən sonra bizimlə bərabər olacaq. Amma biz bu barədə Çinlə danışacaqdıq. Mənim bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə uğurlu söhbətim olub. Düşünürdüm ki, biz nüvəsizləşdirməyə nail olacağıq”.

Tramp daha sonra əmin olduğunu bildirib ki, nüvə dövlətlərinin başçıları bu silahdan istifadənin yolverilməzliyini anlayan insanlar olmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://report.az
archiveBu xəbər 20 Fevral 2025 05:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see299

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see275

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see247

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see193

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see181

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see160

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see157

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see140

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see132

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Neymar və het trik

04 Dekabr 2025 09:17see127

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see122

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri