Icma.az
close
up
RU
Tramp birinci hansı ölkəni vuracaq, İranı yoxsa Venesualını?

Tramp birinci hansı ölkəni vuracaq, İranı yoxsa Venesualını?

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


"ABŞ-ın çoxlu sayda KC-135 və KC-46 yanacaq dolduran təyyarəsini Yaxın Şərqə və Böyük Britaniyaya göndərməsi İrana qarşı yeni hərbi əməliyyata hazırlığın getdiyi qənaətini yaradır. Ancaq bu qədər aşkar hazırlıq Trampın siyasətinə ziddir. Tramp daha çox rəqibini çaşdırmağı sevir. İstisna deyil ki, çoxlu sayda yanacaq dolduran təyyarəni Yaxın Şərqə və Böyük Britaniyaya göndərilməklə Tramp adminstrasiyası İrana qarşı əməliyyat hazırlığı görüntüsü yaratmaq, Venesulanı qəfil yaxalamaq istəyir".

Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Xəqani Cəfərli bildirib.

"Rusiyanın son günlər Venesula məsələsinə daha artıq diqqət yetirməsi də göstərir ki, Moskva Trampın Maduronu devirmək qərarına gəldiyini ehtimal edir. Ötən bazar günü Rusiyanın “qəmgin at” ləqəbli xarici işlər naziri Sergey Lavrov Venesuelanın xarici işlər naziri İvan Xil Pinto telefon danışığının da Moskvanın Karakası xəbərdar etməsi kimi dəyərləndirilə bilər. Rəsmi məlumata görə, telefon danışığı zamanı Lavrov ABŞ-ın Karib dənizində Venesula gəmisinə zərbə endirməsini pisləyib. ABŞ-ın Venessuela gəmisinə zərbə endirməsini pisləmək üçün telefon danışığına ehtiyac olduğu inandırıcı deyil. Çox böyük ehtimalla Rusiya xarici işlər naziri səviyyəsində Venesualını xəbərdar etmək istəyib.

Əksinə də ola bilər. Mümkündür ki, Tramp adminstrasiya İrana qarşı hərbi əməliyyat hazırlığının Tehran tərəfindən görüntü kimi qəbul edilməsinə çalışır. Venesuela ətrafında münasibətlərin gərginləşməsi, Maduronun hakimiyyətdən dinc yolla çəkilməsi üçün aparılan danışıqların dayandırılması da istisna deyil ki, Tehranı çaşdırmağa xidmət edir.

Trampın Ukraynaya “Tomahawk” raketlərin verilməsi ilə bağlı demək olaraq ki, qərar qəbul etməsi haqqında açıqlaması da iki məqsəd daşıya bilər. Birincisi, Tramp Ukraynaya “Tomahawk” raketlərin verilməsi ilə bağlı qərar qəbul etdiyini, ancaq bəzi məqamları dəqiqləşdirmək istədiyini bəyan etməklə Rusiyanı gözlənilən İran və Venesuela əməliyyatlarına seyriçi qalmasına çalışır. Ancaq o da istisna deyil ki, Tram adminstrasiyası Ukraynaya “Tomahawk” raketlərini verməklə Rusiyanın başını qatmağı da hədəfləyə bilər.

Ancaq bir məsələ tam aydındır. Tramp adminstrasiyası İran və Venesula məsələsinin yaxın zamanlarda həll edilməsinin vacibliyini anlayır. Belə demək olar ki, zaman Tramp adminstrasiyasının əleyhinə işləyir. Buna görə də böyük ehtimalla demək olar ki, Tramp çox yaxın zamanlarda İranı və Venesuelanı ardıcılıqla vurulmasını əmrini verəcək. Bu ardıcılığın necə olacağı isə qarşıdakı günlər, hətta ola bilsin saatlar ərzində müəyyənləşə bilər".


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri