Icma.az
close
up
RU
Tramp İranı vuracaq: “Ölkənin parçalanması...”

Tramp İranı vuracaq: “Ölkənin parçalanması...”

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"ABŞ Prezidenti Donald Tramp hakimiyyətdə olduğu müddətdə İran özünü rahat hiss edə bilməcəyək. İran dövlətinin Yaxın Şərqdəki hazırkı qorxaq mövqeyi də bununla bağlıdır". 

Bu sözləri Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli "Cebheinfo.az"-a açıqlamasında deyib. O bildirib ki, Tramp İrana qarşı sərt tutumu ilə fərqlənir: 

"O, birinci hakimiyyəti dönəmində İranın Yaxın Şərqdəki proseslərdə katalizator rolunu oynayan əsas gücünü general Qasım Süleymanini zərərsizləşdirdi. Yeri gəlmişkən, bu addım onun nüfuzunun artmasında və ikinci dəfə prezident seçilməsində böyük rol oynadı. İsrail də Yaxın Şərqdə İranın proksi qüvvələrinə qarşı əməliyyatlarını davam etdirir. Məqsəd İranı bölgədən tamamilə vurub çıxarmaqdır. Buna görə yəhudi lobbisi Trampın seçilməsində maraqlı oldu". 

Ekspertin sözlərinə görə, Trampın Ukrayna-Rusiya münaqişəsində mövqeyi fərqli olsa da, İrana qarşı tutumu konkretdir: 

"O, İranın İsraili məhv edəcək bütün silahlarının məhv ediləcəyini bildirib. Trampın bu bəyanatı onu deməyə əsas verir ki, ABŞ İranın müəyyən nöqtələrinə hava zərbələri endirə bilər. Lakin Ağ Evin İranın bölünməsi ilə bağlı konkret planı yoxdur. Onlara Yaxın Şərqdə fitnə-fəsad törətməyən, İsrailin təhlükəsizliyini təhdid etməyən İran lazımdır. İranın bu odioz siyasətini isə molla rejimi müəyyən edib. 

Vilayəti fəqih sistemi qaldıqca İran aqressiv davranışlarını davam etdirəcək. Çünki bu sistem Yaxın Şərqə doğru yayılmadıqca gücünü itirəcək. Onun gücü proksi qüvvələrində və İraqda, Suriyada, Livanda və Yəməndə olan ideoloji tərəfdarlarındadır. Buna görə də Qərb daha çox İranın “zəhər dişi”ni, yəni aqressiv xarici siyasətini tətikləyən ideoloji sistemini sıradan çıxarmağı hədəfləyib". Elman Cəfərli düşünür ki, Tehran bir müddət bölgədə bu ehtiyatlı və dişsiz siyasətini dava etdirəcək: 

"Molla rejimi hətta daxildə milli həmrəyliyi gücləndirmək üçün ağlagəlməyən güzəştlərə gedə, şəriət qaydaları ilə bağlı məsələdə və qeyri-fars millətlərinə yönəlik siyasətdə yumşalmalara gedə bilər. İranın azərbaycanlı Prezidenti Məsud Peşekianın qeyri-fars dillərində məktəblərin açılması ilə bağlı müəyyən layihələri reallaşdırması mümkündür. İranda hicab azadlığı cəmiyyətdə, xüsusən tələbələr arasında geniş yayıla bilər". 

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, İran rejimi etnik zəmində konfliktlərdən hər zaman yararlanıb:

"Bu, rejim əleyhinə vahid müxalifətin formalaşmasını əngəlləmək üçün lazımdır. Urmiyada baş verən son hadisələrdə də məhv buna hesablanıb. Doğrudur, orada türklərə qarşı gəlmə kürdlər ayrı-seçkilik edir. Türklərin torpaqlarını və itmiyazlarını ələ keçirirlər. Lakin çox təəssüf ki, bölgədə etnik zəmində münaqişə vahid demokratik İran hərəkatını zəiflədən faktordur". 

Elmir Mustafa 
"Cebheinfo.az"

Açar sözlər: ABŞ İran Tramp açıqlama sensasiya müharibə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Mart 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see542

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see518

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see353

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see264

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see264

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see239

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see239

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see232

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see229

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see226

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see207

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see205

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see198

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see197

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see195

“Qalatasaray”a məğlubiyyət Emerinin ilk səkkizliyə düşmək ümidlərini azaltdı

25 Noyabr 2026 03:08see195

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see193

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see192

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri