Tramp İranı hədələdi: ölkəni dağıtmaq və nefti özünə saxlamaq
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
ABŞ prezidenti Donald Tramp NBC News kanalına müsahibəsində İranla münaqişənin bitib-bitmədiyi barədə suala “Xeyr” cavabını verib.
Modern.az-ın məlumatına görə, Tramp deyib:
“Münaqişə hələ bitməyib. Amma biz, şübhəsiz ki, hərbi qələbə qazanmışıq. Biz insanları İranda mağaralardan çıxmağa və nəyəsə imza atmağa məcbur etməliyik.
Biz həqiqətən də Hormuz boğazı üzərində nəzarəti həyata keçiririk. Və onların bu biznesini əllərindən almışıq. İrana gəmilər gəlmir”.
Onun fikrincə, münaqişənin dərhal dayandırılmasından daha vacib olan məsələ ABŞ-ın maraqlarına ən uyğun sazişin əldə edilməsidir.
“Əgər bu, mənə ən sərfəli razılaşmanı bağlamağa mane olacaqsa, işi sona çatdırmaq istəmirəm. Başqa bir yanaşma da var: ölkəni dağıtmaq və nefti özünə saxlamaq. Bu, şəraitdən asılıdır”, - deyə Tramp bildirib.
Baxış sayı:158
Bu xəbər 09 May 2026 08:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















