Tramp bu şəxsi dövlət katibi təyin etmək istəyir Foto
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dövlət katibi vəzifəsinə senator Marko Rubionun namizədliyini irəli sürməyi planlaşdırır.
Ölkə.Az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) yazır.
Nəşrin yazdığına görə, bu Trampın son qəti qərarı deyil. O, son anda fikrini dəyişə bilər.
Məqalədə deyilir ki, Marko Rubio 2010-cu ildə Senata seçilib. O, ABŞ-nin xarici siyasətində Çin və İrana qarşı sərt mövqeyi ilə seçilir.
Bundan əlavə olaraq, Donald Trampın Florida ştatından olan konqresmen Mayk Uolsu milli təhlükəsizlik üzrə köməkçisi təyin edəcəyi məlum olub .
CNN-nin xəbərinə görə, ABŞ-nin yeni seçilmiş prezidenti özünün keçmiş baş müşaviri Stiven Milleri Ağ Evin siyasət məsələləri üzrə rəhbərinin müavini təyin etmək qərarına gəlib.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 12 Noyabr 2024 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















