Icma.az
close
up
RU
Tramp bunu edərsə, dollar bahalaşacaq TƏHLİL

Tramp bunu edərsə, dollar bahalaşacaq TƏHLİL

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Donald Trampın hakimiyyəti dövründə gözlənilən mühüm dəyişikliklərdən biri də neft qiyməti ilə bağlı ola bilər. 

Tramp iki məqsədinə çatmaq üçün neftin qiymətinin nəzərəçarpacaq dərəcədə endirilməsini istəyir. 

Sfera.az xatırladır ki, Tramp həm Rusiya-Ukrayna müharibəsinin dayandırılması, həm də ABŞ-də inflyasiyanın 1-2 faiz intervalında saxlanılması məqsədilə neft qiymətlərinin endirilməsinin tərəfdarıdır.  


Rusiya-Ukrayna münaqişəsinin dayandırılması üçün ABŞ bir dəfə neftin qiymətinin azaldılması variantından istifadə edib.  Belə ki, 2014-cü ildə Rusiya Krım yarımadasına, daha sonra isə Ukraynanın şərq regionlarına hərbi müdaxilə edən zaman hücumun qarşısını almaq üçün neft ucuzlaşdırılıb. 
Həmin dövrdə qiyməti 110 dollar və daha yüksək olan “Brent” neftinin dəyəri öncə 55-60 dollara, sonra 35 dollara qədər endi. Qiymətlərin bu sürətlə azalmasından sonra Rusiya Ukrayna cəbhəsində irəliləməyi dayandırdı və 2015-ci ilin fevralında Minsk razılaşması əldə edildi. 


2022-ci ilin fevralında Rusiya yenidən Ukraynada əməliyyatlara başlayıb və artıq üç ildir ki, iki ölkə arasında müharibə davam edir. Bu dövrdə neftin qiyməti nəinki enməyib, əksinə 2020 və 2021-ci illərlə müqayisədə yüksəlib. Son 3 ildə “Brent” neftinin orta qiyməti 75-85 dollar intervalında dəyişib. Tramp hesab edir ki, neft qiymətlərinin əlverişli olması Rusiya dövlətinə müharibə xərclərini ödəməyə imkan verir. Onun fikrincə, neftin dəyəri aşağı olarsa, Rusiya hərbi xərclərini maliyyələşdirə bilməyəcək və nəticədə sülhə razı olacaq. 


2025-ci ilin dövlət büdcəsində Rusiyanın xərclərinin 400 milyard dollar, hərbi xərclərinin isə 140 milyard dollar olması nəzərdə tutulub. Rusiyanın hərbi xərcləri müharibədən əvvəlki dövrlə müqayisədə təxminən 2 dəfə yüksəkdir. Dövlət büdcəsinin ümumi xərcləri isə əksinə, 150 milyard dollar azdır.  Rusiyanın dövlət büdcəsinin gəlirlərində neft və qaz satışlarından əldə olunan gəlirlər böyük paya sahibdir. Əgər neftin qiyməti indiki səviyyədən iki dəfə aşağı olarsa, Rusiyanın büdcə gəlirləri daha 100-150 milyard dollar azalacaq, eləcə də cari əməliyyatlar balansında kəsir yarandığından rubl sürətlə ucuzlaşacaq. Rublun ucuzlaşması isə öz növbəsində əhalinin real gəlirlərini azaldacaq və bahalaşma güclənəcək. Belə vəziyyətdə Rusiyanın Ukraynadakı müharibəni uzun müddət davam etdirmək imkanının olmayacağı təxmin edilir. 


Tramp ABŞ-də yüksək bahalaşma ilə mübarizə aparmaq üçün də neftin ucuzlaşdırılmasında maraqlıdır. Pandemiyadan sonra bütün dünyada olduğu kimi ABŞ-də də bir neçə il yüksək bahalaşma qeydə alındı. İldə 1-2 faiz inflyasiyaya öyrəşən amerikalılar bir ildə 7-8 faiz, hətta daha yüksək inflyasiyanı gördülər. Yüksək inflyasiya səbəbindən ABŞ mərkəzi bankı uçot dərəcəsini 0-0,25 faizdən 5-5,5 faizə qədər artırdı. 


Tramp hesab edir ki, yüksək inflyasiya riskini azaltmaq üçün yanacağın qiyməti endirilməlidir. Buna görə o, ABŞ-də neft hasilatının artırılmasının zəruri olduğu qənaətindədir. Hazırda ABŞ ildə 600-650 milyon ton neft hasil edir. Amma ABŞ-nin tələbi 750-800 milyon tondur. Neft hasilatını artırmaqla Tramp idxalı sıfıra endirmək və yanacağın dəyərinin aşağı səviyyədə qalmasına nail olmaq istəyir. Həqiqətən də yanacaq qiymətləri aşağı olduqda mal və xidmətlərin dəyərində də enmə baş verir. 

Bəs, Tramp dediyi kimi nefti ucuzlaşdırarsa, bunun Azərbaycana təsiri necə ola bilər?


Azərbaycanın ixracında neft və qaz gəlirləri 90 faizə yaxın paya sahib olduğundan qiymətlərin kəskin enməsi ölkəmiz üçün arzuedilən deyil. Bu halda Azərbaycanın ixracı azalacaq və cari əməliyyatlar balansında kəsir yaranacaq. 


Cari əməliyyatlar balansında kəsirin yaranması uzun müddət (bir il və daha çox) davam edəcəyi təqdirdə isə Azərbaycanda dolların bahalaşmasından qaçmaq mümkün olmayacaq.

2014-cü ilin təcrübəsi göstərdi ki, siyasi məqsədlərlə neft ucuzlaşdırıldıqda onun qiymətinin yenidən yüksəldilməsi üçün daha uzun zaman lazım olur. Oxşar hal yenidən təkrarlanarsa, neftin dəyəri uzun müddət aşağı səviyyədə tutulacaq və dollar bahalaşacaq. 


Lakin bəzi Qərb ekspertləri hesab edir ki, Tramp istəsə də neftin qiymətini kəskin şəkildə aşağı sala bilməz. Bu cür düşünənlərin qənaətincə, Rusiya-Ukrayna müharibəsinin başladılmasında məqsəd Rusiyanın zəiflədilməsi və onun Qərbin tələblərinə əməl etməsinə nail olmaqdır. Məhz bu məqsədlə də müharibənin uzun müddət davam etməsi və Rusiyanın gücünün tədricən zəiflədilməsi lazımdır. 


Ekspertlərə görə, Rusiyanın daha uzun müddət müharibə apara bilməsi üçün neft qiymətləri əlverişli olmalıdır. 
Bu baxımdan ekspertlər Tramp hakimiyyəti dövründə neft qiymətlərinin bir qədər azalaraq 70 dollar ətrafında dəyişəcəyini təxmin edirlər. Qeyd edilən qiymət səviyyəsi isə Azərbaycan üçün əlverişlidir. 

Vasif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sfera.az
archiveBu xəbər 22 Yanvar 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see679

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see371

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see227

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see209

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see182

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see181

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see178

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see177

Bayden iqtisadiyyatı çökdürüb Tramp

01 Oktyabr 2026 18:12see175

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see171

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see171

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see170

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see170

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see169

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see165

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see165

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see160

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see159

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see157

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri