Icma.az
close
up
RU
TRAMP DA PUTİNƏ İNAMINI İTİRDİ... “Putin oturub müqaviləni imzalamalıdır!”

TRAMP DA PUTİNƏ İNAMINI İTİRDİ... “Putin oturub müqaviləni imzalamalıdır!”

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

“Zelenski Krımdan imtina etməyə hazırdır”

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Vladimir Putini “sülhə sadiqliyini” nümayiş etdirməyə və Ukraynada döyüşləri dayandırmağa çağırıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, jurnalistlərin qarşısına çıxan Tramp Putinin “oturub müqaviləni imzalamalı olduğunu” deyib: “Mən onun (Putinin) atəşi dayandırmasını, oturub müqaviləni imzalamasını istəyirəm. Düşünürəm ki, razılaşma əldə etmək üçün şərtlərimiz var və mən onun bunu imzalamasını, bu işi başa vurmasını və sadəcə (normal) həyata qayıtmasını istəyirəm."

Tramp həmçinin, Putinin Kiyevə raket zərbəsi endirməsindən məyus olduğunu bildirib və Rusiya liderinin müharibəni bitirməkdə ciddi olub-olmadığını dəqiq deyə bilməyəcəyini qeyd edib: "Gəlin yaxın bir neçə gündə nə baş verəcəyini görək. Yəqin ki, çox şey öyrənəcəyik. Raketlərin Rusiya tərəfdən gəlməsi məni çox məyus etdi".

Vatikanda Volodimir Zelenski ilə 15 dəqiqəlik görüşünü şərh edən Tramp qeyd edib ki, Ukrayna lideri ölkəsi üçün mümkün olan hər şeyi etməyə çalışır: "Gözəl görüş idi. O, ölkəsi üçün yaxşı bir şey etmək istəyir. Çox çalışır. Görək bundan sonra nə olacaq. O, mənə dedi ki, ona daha çox silah lazımdır. O bunu lap əvvəldən deyir”.

ABŞ Prezidenti hesab edir ki, Zelenski “sakitləşib” və sülh razılaşmasının əldə olunmasında maraqlıdır. Tramp jurnalistlərə deyib ki, onların münasibətləri heç vaxt pis olmayıb və Ağ Evdəki mübahisə sadəcə “kiçik maneə” olub.

Eyni zamanda Tramp Zelenskinin Krımdan imtina etməyə hazır olduğunu iddia edib: “Düşünürəm ki, bu, doğrudur. 12 ildir heç kim bu məsələni qaldırmayıb, indi birdən bu haqda danışırlar. Ona görə də ona (Volodimir Zelenski) dedim, onlara deyirəm: "Bəlkə Obamaya müraciət edəsiniz? Ondan soruşun ki, niyə ondan (Krımdan) imtina etdi? Yeri gəlmişkən, bir güllə də atmadan ondan imtina etdilər”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Aprel 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri