Icma.az
close
up
RU
KİV: Putin fantastik şansı itirdi

KİV: Putin fantastik şansı itirdi

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın ultimatumuna məhəl qoymayacaq və yeni sanksiya təhdidlərinə baxmayaraq, Ukraynaya qarşı müharibəsini davam etdirəcək.

Teleqraf xəbər verir ki, bu barədə Kremlə yaxın mənbələr “Reuters” agentliyinə bildiriblər.

Agentliyin həmsöhbətlərindən biri deyib ki, Putin ABŞ rəhbərliyi ilə münasibətlərin yenidən pisləşməsindən narahatdır. Kreml sahibi hələ də ümid edir ki, Rusiya yenidən ABŞ üçün dost ölkəyə çevrilə və Qərblə ticarəti bərpa edə biləcək.

Həmçinin, Rusiya ordusu cəbhədə irəlilədiyi və Ukraynanın vəziyyətinin ağır olduğu üçün Putin müharibəni dayandırmaq istəmir. Mənbənin sözlərinə görə, əgər Putin indi dayansaydı, nə rus xalqı, nə də rus ordusu onu başa düşərdi.

“Reuters”in həmsöhbəti bildirib ki, Rusiya Baş Qərargahı Putini iki-üç aya Ukrayna cəbhəsinin dağılacağına inandırıb.

Agentliyin ikinci mənbəsi qeyd edib ki, Kreml sahibi Trampla münasibətlərini yüksək qiymətləndirir və onu qəzəbləndirmək istəmir, amma Ukraynaya qarşı müharibə Putinin əsas prioritetidir, ona görə də müharibəni ABŞ prezidenti istədiyi üçün dayandıra bilməz.

Kremlə yaxın bir başqa mənbə söyləyib ki, Rusiyanın məqsədi Ukraynanın dörd bölgəsini – Luqansk, Xerson, Donetsk və Zaporojyeni tam şəkildə ələ keçirməkdir. Bu məqsədə çatmayana qədər Moskva müharibəni dayandırmaqda heç bir məntiq görmür.

Mənbələrdən birinə görə, Kreml də Trampın öz ultimatumunu həyata keçirəcəyinə şübhə edir: “Əvvəllər də hədələmişdi, sonra isə ya heç nə eləmədi, ya da fikrini dəyişdi”.

Bundan əlavə, Moskva Çinin Trampın göstərişi ilə Rusiyadan neft alışını dayandıracağını təsəvvür belə eləmir.

Mənbə onu da bildirib ki, Putinin ABŞ-nin martda verdiyi təklifə marağı tədricən itirir. Həmin təklifə əsasən, Vaşinqton Ukraynada tam atəşkəs müqabilində Rusiyaya qarşı sanksiyaları ləğv etməli və Krımı de-yure, işğal olunmuş digər əraziləri isə de-fakto “Rusiya ərazisi” kimi tanımalı idi. Mənbənin fikrincə, bu, fantastik şans idi, amma məlum olur ki, müharibəni dayandırmaq onu başlamaqdan qat-qat çətin imiş.

Qeyd edək ki, Donald Trampın Ukrayna ilə razılaşma əldə etmək üçün Vladimir Putinə verdiyi 10 günlük müddət avqustun 8-də başa çatır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Avqust 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see400

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see396

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see384

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see263

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see255

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see240

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see216

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see215

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see177

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri