Icma.az
close
up
RU
Tramp itirdi, Putin və Cinpin qazandı Amerikalı politoloq

Tramp itirdi, Putin və Cinpin qazandı Amerikalı politoloq

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə üçtərəfli görüşü Vaşinqton üçün gözlənilən nəticələri verməyib. Sammitdə enerji əməkdaşlığı ilə bağlı ümumi bəyanatlar səslənsə də, Ukrayna müharibəsi və İranla bağlı konkret razılaşmalar əldə olunmayıb. Görüşdən daha çox siyasi dividendlə ayrılan tərəfin Çin və Rusiya olduğu bildirilir.

Modern.az-a açıqlamasında amerikalı politoloq İrina Tsarukman bildirib ki, Prezident Donald Tramp görüşə həm İranla müharibənin, həm də onun iqtisadi nəticələrinin yaratdığı ciddi təzyiq altında gedib:

"ABŞ Prezidenti Ukrayna müharibəsinin dayandırılması ilə bağlı dəfələrlə verdiyi vədlər fonunda bu istiqamətdə də irəliləyiş əldə etdiyini göstərməyə çalışırdı. Putin və Si Cinpin Vaşinqtonun üzləşdiyi çətinlikləri anlayır və güzəştə getmək üçün ciddi səbəb görmürdülər. Birgə bəyanatda enerji sahəsində əməkdaşlığa dair ümumi vədlər yer alsa da, nə Rusiya, nə də Çin Trampın qarşılaşdığı təcili problemlərin həllinə kömək edəcək konkret öhdəliklər götürdü”.

  

Politoloq hesab edir ki, görüşdən ən çox faydalanan tərəflərdən biri Çin olub. Onun fikrincə, Si Cinpin sammitə ev sahibliyi etməklə Vaşinqtonun Pekinlə əməkdaşlığa ehtiyac duyduğunu nümayiş etdirmək imkanı qazanıb:

“Pekin Tayvan məsələsində heç bir güzəştə getmədi və Rusiyanın Ukraynadakı davranışını dəyişdirmək üçün üzərinə hər hansı məsuliyyət götürmədi. Çin həmçinin İranla münasibətlərini qoruyub saxladı ki, bu da Pekinə regiondakı proseslərə əhəmiyyətli təsir imkanları verir. Si Cinpin Tramp ilə danışıqları davam etdirməklə yanaşı, ABŞ-ın maraqlarına meydan oxuyan ölkələrlə əməkdaşlığını da davam etdirə bilər”.

İ.Tsarukmanın fikrincə, Putin də sammitdən ciddi siyasi üstünlüklə ayrılıb. Belə ki, Rusiya lideri Ukrayna ilə bağlı mövqeyini dəyişmədən beynəlxalq səviyyədə tanınmaq və ABŞ Prezidenti ilə bərabərhüquqlu tərəfdaş kimi müzakirələr aparmaq imkanı əldə edib:

“Rusiya hərbi qüvvələrinin Ukraynada əməliyyatları davam etdirdiyi bir vaxtda Tramp Putini beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsində bərabərhüquqlu tərəfdaş kimi qəbul etdi. Birgə bəyanatda dövlət rəsmilərinin beynəlxalq təqiblərdən qorunmasına dair müddəalar da Putinin maraqlarına xidmət edir. Çünki Beynəlxalq Cinayət Məhkəməsi onun barəsində həbs qərarı çıxarıb. Moskva atəşkəslə razılaşmadı və işğal etdiyi Ukrayna ərazilərindən geri çəkilmək öhdəliyi götürmədi”.

Politoloq vurğulayıb ki, Tramp sammiti diplomatik uğur kimi təqdim etsə də, əldə olunan nəticələr onun konkret fikirlər söyləməsinə imkan vermir. Xüsusilə Ukrayna müharibəsinin dayandırılması ilə bağlı vədlərin reallaşmaması ABŞ Prezidentinin siyasi etibarlılığı baxımından problem yaradır:

“O, Putinlə şəxsi münasibətlərinin Ukraynadakı müharibənin başa çatmasına kömək edəcəyinə söz vermişdi. Ancaq Moskva danışıqlarda iştirak etdiyi halda hərbi əməliyyatları davam etdirir. Trampın İran məsələsində də Çinin əməkdaşlığına ehtiyacı var. Lakin Si Cinpin Vaşinqtonun Tehranla qarşıdurmanın doğurduğu nəticələrdən çıxmasına kömək etmək üçün güzəştlər qazanmadan hərəkət etməkdə maraqlı deyil”.

İ.Tsarukman Ukrayna məsələsində hər hansı razılaşmanın əldə olunmamasını sammitin ən ciddi nəticəsizliyi kimi qiymətləndirib. Onun sözlərinə görə, Putin müharibəni müzakirə etsə də, Ukrayna yekun bəyanatda yer almayıb, atəşkəs təklifi irəli sürülməyib və gələcək danışıqlar üçün vaxt cədvəli müəyyənləşdirilməyib:

“Putin döyüşlərin başa çatmasına yaxınlaşdıracaq heç bir güzəştə getmədən özünü yenidən böyük beynəlxalq lider kimi təqdim etmək imkanı qazandı”.

Politoloq hesab edir ki, görüşün nəticələri Avropa ölkələrinin narahatlığını da artırıb:

"Çünki Avropa dövlətləri Ukraynaya dəstəyi davam etdirdiyi halda, Tramp Putin və Si Cinpinlə birbaşa danışıqlar aparır. ABŞ-nin Ukraynaya hərbi yardım və Rusiyaya qarşı sanksiyalarla bağlı mümkün güzəştləri Avropanın təhlükəsizlik maraqlarına birbaşa təsir göstərə bilər. Əgər Vaşinqton belə qərarları Kiyev və Avropadakı müttəfiqləri ilə məsləhətləşmədən qəbul edərsə, Tramp əlavə müqavimətlə üzləşəcək. Çünki gələcəkdə əldə olunacaq hər hansı razılaşmanın həyata keçirilməsi üçün həmin hökumətlərin əməkdaşlığı yenə də zəruri olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Noyabr 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri