Tramp danışıqları Vensə həvalə etdiyi iddiasını təkzib etdi
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp vitse-prezident JD Vensə İranla sülh danışıqlarını yenidən başlatmaq tapşırığı verdiyi barədə iddiaları təkzib edib.
Turkustan.az xəbər verir ki, Tramp Ohayo ştatında seçki kampaniyası çərçivəsində keçiriləcək mitinqə yollanarkən Vaşinqton hava limanında jurnalistlərin suallarını cavablandırıb.
Jurnalistlərdən biri Trampdan JD Vensə İranla sülh danışıqlarına başlamaq üçün əlaqə saxlamağı tapşırıb-tapşırmadığını soruşub.
Tramp isə bu iddianı rədd edərək Vensin İranın tibbi ləvazimatlarla bağlı ehtiyaclarına kömək etdiyini bildirib.
“Xeyr. İranın tibbi ləvazimatlara ehtiyacı var idi. O, məndən bu barədə nə düşündüyümü soruşdu, mən də “yaxşı” dedim. Bir sözlə, xəstələrə kömək etmək üçün ləvazimatlar təmin edilir”, – deyə Tramp bildirib.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 29 Oktyabr 2026 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















