Zelenski Rusiyanın iddiasını təkzib ETDİ
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Rusiyanın Kursk vilayətindəki Ukrayna qoşunları mühasirəyə alınmayıb”.
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırskinin məruzəsindən sonra Prezident Volodimir Zelenski deyib.
“Qüvvələrimizin Kursk vilayətinin müəyyən ərazilərində əməliyyatı davam edir. Bölmələr öz tapşırıqlarını dəqiqliklə yerinə yetirirlər. Kursk vilayətindəki Ukrayna qoşunlarının sayəsində xeyli sayda Rusiya qüvvələri başqa istiqamətlərə yönəldilib. Qoşunlarımız Kursk vilayətində rus və Şimali Koreya qruplaşmalarına qarşı müqaviməti davam etdirir. Qoşunlarımız mühasirədə deyil”, - dövlət başçısı bildirib.
Xatırladaq ki, Rusiya Kurskdakı Ukrayna qüvvələrinin mühasirəyə alındığını iddia etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 15 Mart 2025 20:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















