Icma.az
close
up
RU
Tramp dünyanın taleyini dəyişmək istəyir

Tramp dünyanın taleyini dəyişmək istəyir

Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Tramp vəzifəyə başladıqdan 43 gün sonra Konqresdə çıxış edərək, dünya ictimaiyyətinin marağına səbəb olan məqamlaara toxunub. Əsas məqamlardan biri odur ki, o, çıxışında ABŞ bayrağının Marsda sancılması və planetlərarası dövlət yaradılması planlarını açıqlayıb. Tramp deyib ki, ABŞ Amerika bayrağını Marsda “və ondan uzaqlarda” sancacaq. O, Ukraynadakı münaqişəyə son qoymaq üçün “yorulmadan” çalışdığını vurğulayıb və Qrenlandiyanın qaytarılması üçün səy göstərəcəyini vəd edib. Tramp həmçinin bildirib ki, Rusiya tərəfdən Ukrayna üzrə sülh danışıqlarına hazır olduqları barədə “güclü siqnallar” alıb. Trampın sözlərinə görə, ABŞ öz qızıl dövrünə təzəcə qədəm qoyur. “Mən bütün beynəlxalq yardımları dondurmuşam” -deyə Tramp vurğulayıb. Tramp ABŞ-ı Baydenin saldığı iqtisadi fəlakətdən çıxaracağına, nadir torpaq istehsalının artırılmasına və Ukraynadakı münaqişənin həlli üçün işi davam etdirəcəyinə söz verib. O əlavə edib ki, ABŞ Alyaskada Yaponiya və Cənubi Koreyanın iştirakı ilə böyük qaz kəməri çəkməyi planlaşdırır. Tramp, Bayden hökumətinin xərclərində Maskın rəhbərliyi altında DOGE tapıntılarının bir seçimini təqdim edib. Onların arasında: Moldovada “sol” dəyərlərin təbliği üçün 32 milyon dollar; Transseksual siçanların istehsalı üçün 8 milyon dollar; Lesotoda LGBT təbliği üçün 8 milyon dollar; Mozambikdə sünnət üçün 10 milyon dollar; Yaxın Şərq üçün Sesame Street üçün 20 milyon dollar daxildir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Konqresdəki çıxışını izləyən amerikalıların demək olar ki, 80%-i çıxışdan razı qalıb.

Bu, “CBS News” və “YouGov”un sorğusunda öz əksini tapıb.

Respondentlərin əksəriyyəti respublikayönümlü olub.

Sorğuda iştirak edənlərin 23 %-i ABŞ liderinin çıxışını mənfi qiymətləndirib.

Respondentlərdən Trampın çıxışının onlarda hansı hisslər oyatdığı soruşulub. 68 % ümid, 54 % qürur, 27 % narahatlıq, 16 % qəzəb hiss etdiyini bildirib.

Bundan başqa, araşdırmaya əsasən, izləyicilərin böyük əksəriyyəti Trampın miqrasiya və sərhədlərin mühafizəsi, eləcə də Ukrayna məsələsi ilə bağlı planlarını bəyəndiyini bildirib.

Sorğuda 1,2 minə yaxın insan iştirak edib.

Dünya mediası da məlum çıxıça reaksiya verib. Amerikanın Politico nəşri Trampın çıxışını "siyasi normalara sığmayan" və "emosional mesajlarla zəngin" bir nitq kimi xarakterizə edib. Nəşrin fikrincə, Tramp, siyasi etiketi pozsa da, tamaşaçıları təsir altına salmağı yaxşı bacarır.

Fransanın "Le Monde" qəzeti yazır ki, Tramp çıxışında prezidentliyinin ilk günlərində yaratdığı "şok effekti" yenidən vurğulayıb. O, "Amerika qayıtdı!" şüarını səsləndirib, lakin bu ifadə əvvəlcə 2021-ci ildə Co Bayden tərəfindən işlədilmişdi. Qəzet qeyd edir ki, hər iki liderin ABŞ və dünya siyasətindəki rolu barədə baxışları tamamilə fərqlidir.

Böyük Britaniyanın "Financial Times" nəşri Trampın proteksionist iqtisadi siyasətinə diqqət çəkərək bildirib ki, prezident ABŞ-ın ticarət siyasətində radikal dəyişikliklər etməyə hazırlaşır. Tramp çıxışında tariflərin müəyyən "narahatlıqlar" yaradacağını qəbul etsə də, onların ölkənin maraqlarına xidmət edəcəyini bildirib.

Mövzu ilə bağlı politoloq Azər Qasımov “Xalq Cəbhəsi”nə deyib ki, 2021-ci il 8 yanvarında ABŞ-da Co Baydenin prezident seçilməsindən sonra Vaşinqtonda Kapitoliya binasına hücum edən Tramp tərəfdarları 2025-ci il ilin 4 martında onun yenidən Konqres binasına gəlişini ayaqda qarşıladılar. Tramp Konqres zalına fatehlər kimi daxil oldu. Tərəfdarları ilə tək-tək görüşdü. Tramp Konqresdə çıxışına da Amerikanı daha qüdrətli edəcəyi mesajı ilə başladı. Trampın sözlərinə görə, ABŞ öz qızıl dövrünə təzəcə qədəm qoyur. Öncəki prezidentliyi dövründə də uğur əldə etdiklərini yada salmağı unutmayan Trampın hakimiyyətinin daha möhtəşəm olacağı mesajları verildi. Hakimiyyətə gəldiyi qırx iki gün müddətində etdikləri ilə öyünən Tramp hələ dörd ilin öndə olduğunu bildirməklə daha nələr edə biləcəyinin mesajını verdi: “Tramp çıxışına 42 gün ərzində bir çox addımlarını sadalamaqla başladı. Ətraf ölkələrə qarşı atdığı addımlardan tutmuş Meksika körfəzinin Amerika körfəzi ilə əvəz etdiyinə kimi, ABŞ-da iki cinsin olduğunu, idman yarışlarında cinslərini dəyişmiş kişilərin qadın komandalarında çıxış etməsinin qadağan etdiyini, bu haldan ziyan çəkmiş idmançı qızı alqışlamağa kimi məsələlərə toxunmaqla başladı. Təbii ki, Trampın çıxışının əsas hissəsini Amerika daxili problemlərin həllinə yönəlik məsələlər təşkil etdi. Onun prezident olmadığı müddətdə məhkəmə orqanlarının hərəkətləri görünən o idi ki, ona çox təsir etmiş kimi görünüb. İlk növbədə bu sistemdə islahatların aparılması vacibliyini vurğulayıb. Əsas maraqlı məqamlar Amerika sosial təminat məsələləri ilə əlaqəli ortaya çıxdı. Trampın ABŞ-da 100 yaşın üzərində insan tanımadığı halda milyonlarla belə insanın adına vəsaitlərin alındığını qeyd etməsi maraqlı məqam idi. Məsələnin gülünc tərəfi isə o idi ki, Amerikada 100 yox, iki yüzün üzərində yaşı də insan olduğunu bildirməsi oldu. Ən kulminasiya nöqtəsi idə ABŞ-da 300-dən yuxarı yaşı olan bir insanın olduğunu deməsi oldu. Görünən o idi ki, Tramp bu barədə korrupsiyanın olduğunu göstərməsində haqlı idi. Əbədi təqaüd almaq ancaq Amerikada mümkün olarmış”.

A.Qasımovun sözlərinə görə,Tramp, Bayden hökumətinin xərclərində İlon Maskın rəhbərliyi altında DOGE tapıntılarının bir seçimini təqdim edib. Onların arasında: Moldovada “sol” dəyərlərin təbliği üçün 32 milyon dollar; Transseksual siçanların istehsalı üçün 8 milyon dollar; Lesotoda LGBT təbliği üçün 8 milyon dollar; Mozambikdə sünnət üçün 10 milyon dollar; Yaxın Şərq üçün Sesame Street üçün 20 milyon dollar daxildir.

Tramp Amerika vergi ödəyicilərinin pullarının milyardlarla oğurlanmasına imkan verməyəcəyini bəyan edib.

Ukrayna ilə əlaqəli yardımların kəsilməsi haqda danımasa da, sülhün əldə edilməsi üçün ciddi səylər göstərildiyini vurğulayıb.

Tramp həmçinin bildirib ki, Rusiya tərəfdən Ukrayna üzrə sülh danışıqlarına hazır olduqları barədə “güclü siqnallar” alıb. Tramp çıxışında ABŞ bayrağının Marsda sancılması və planetlərarası dövlət yaradılması planlarını açıqlayıb. Tramp deyib ki, ABŞ Amerika bayrağını Marsda “və ondan uzaqlarda” sancacaq.

Mən bütün beynəlxalq yardımları dondurmuşam” - deyə Tramp vurğulayıb

Tramp ABŞ-ı Baydenin saldığı iqtisadi fəlakətdən çıxaracağına, nadir torpaq istehsalının artırılmasına və Ukraynadakı münaqişənin həlli üçün işi davam etdirəcəyinə söz verib. O əlavə edib ki, ABŞ Alyaskada Yaponiya və Cənubi Koreyanın iştirakı ilə böyük qaz kəməri çəkməyi planlaşdırır: “Görünən budur ki, Tramp bu səlahiyyəti dövründə elə planlar üzərində işləyir ki, bu, tək ABŞ tarixinin yox, bütün dünyanın taleyini dəyişəcək. Amerikanın demokratiyanın əsl necə olduğunu dünya ilə bərabər öz ölkəsində də göstərəcək.

Təbii ki, Trampın planlarının bir çoxu ABŞ dövlətinin mənafeyini qorumaq üçündür. O Amerikanın dünyada hegemonluğunu daha artırmaq məqsədi güdür. Bu isə bəzi dövlətlər tərəfindən yanlış anlaşılan yalançı həqiqətlərin meydana çıxmasına səbəb ola bilər. Bundan Rusiya kimi dövlətlər özləri üçün həqiqətlər çıxara bilərlər. Trampın Kanada, Meksika və Qrenlandiya barəsindəki ritorikası çox təhlükəli tendensiyanın yaranması deməkdir. Ümid edək ki, bu, belə olmayacaq.

Trampın Amerika ilə bərabər dünyanın da taleyini dəyişə bilmə imkanında olduğu reallığı bir gerçəkdir. Ancaq bunun dünyada avtokratizmi və ya demokratiyanı bərqərar edəcəyi məsələsi sual altındadır. Dünya ya yüz il geriyə qayıdacaq, ya da həqiqətən də əsl həqiqətlərin real şəkildə mövcud olduğu bir yerə çevriləcək. Hesab edirəm ki, bir o qədər də optimist olmaq üçün şərait mövcud deyil. Nə qədər ki, dünyada imperiya təfəkkürü ilə yaşayan insanlar və dövlətlər olacaq, hələ adil dünyadan danışmaq tez olacaq”.

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 05 Mart 2025 23:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see249

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see229

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see224

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see215

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see213

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see186

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see184

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see176

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see167

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see167

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see165

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri