Icma.az
close
up
RU
Tramp elan etdi, gözlər Bakıya çevrildi: Şaraa ilə Ağ Evdə nə danışılıb? Üç region planı

Tramp elan etdi, gözlər Bakıya çevrildi: Şaraa ilə Ağ Evdə nə danışılıb? Üç region planı

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraanın ABŞ-a səfəri və Prezident Donald Trampla görüşü böyük maraqla izlənildi.

Görüş zamanı regional təhlükəsizlik məsələləri, İŞİD-lə mübarizə və Suriya ilə ABŞ arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olundu. Məlumata görə, tərəflər terrorla mübarizədə birgə addımların atılması, həmçinin humanitar vəziyyətin yaxşılaşdırılması məsələlərinə xüsusi diqqət ayırıblar.

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, ABŞ Yaxın Şərqdəki münasibətlər sisteminə yenilənən nəzərlərini Mərkəzi Asiya, Cənubi Qafqazdakı maraqlarına müsbət təsir edəcək mövqe ilə tutuşdurur:

“ABŞ bu üç regionda vahid geosiyasi məkan qavrayışından irəli gələn güclü stategiya formalaşdırıb onu həyata keçirmək qətiyyətini intensivləşdirir. Vaşinqton üçün Cənubi Qafqazda maraqlarının irəliyə aparılmasını təmin etmək onun Mərkəzi Asiyadakı roluna fərqli bir dizayn verir.

Qazaxıstanın “İbrahim razılaşması”na qoşulduğunu elan etməsi, həmçinin Azərbaycanla Özbəkisanda da bu yöndə gözləntilərin olması ABŞ-ın strategiyasındakı üçölçülü – Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq – miqyası ortaya qoyur.

ABŞ zəngin təbii sərvətlərə malik olan Xəzər dənizinin qapısında yerləşən Azərbaycan və Qazaxıstan kimi əsas oyunçulara eksklüziv təsir imkanı yaradan dövlətər kimi baxır. Bu, Vaşinqtonun üç regionda strateji üstünlüyü təmin edəcək alətlər yaratmaq planlarına işarə edir.

Ehtimal ki, bu, Donald Trampın elan etdiyi, İsraillə ərəb dünyası arasındakı münasibətlərin qaydaya salınmasını nəzərdə tutan “İbrahim razılaşması” brendi üçün də əhəmiyyətlidir. Görünür, Ağ Ev bu brendlə yeni bir blok yaratmağı prioritetləşdirir. Ona görə də, prosesin bir ayağını Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlayır. Sonrakı dayanacaq isə Yaxın Şərqdir”.

Analitikin sözlərinə görə, Trampın noyabrın 10-da jurnalistlərə açıqlamasında İsrailin Suriya ilə “anlaşması” üzərində işlədiyini deməsi də təsadüfi deyil:

“Aydındır ki, Tramp administrasiyası Təl-Əviv və Dəməşq əlaqələrinin normallaşması prosesindən də “İbrahim razılaşmaları” üçün istifadə etməyə çalışacaq. Suriya prezidentinin ABŞ-a səfəri Vaşinqtonun bu strategiyasının təkmilləşdirilməsi və onun uzunmüddətliliyini təmin etmək baxımından qiymətlidir.

Ağ Ev rəhbəri bu strategiyanı Çin və Rusiya ambisiyalarının önündə qalxan edən alətə çevirmək istəyir. Uzunmüddətli dövrdə bunun nə qədər effektiv olacağını təyin etmək isə mürəkkəbdir. Lakin biz hansı strategiya görürük?

1. Tramp Cənubi Qafqazda Zəngəzur dəhlizində ABŞ-ın təmsilçiliyini rəsmiləşdirən genişləndirmə strategiyası həyata keçirir.

2. Tramp Mərkəzi Asiyada ABŞ-ın mövqelərinə Cənubi Qafqazdan baxır.

3. Vaşinqton Suriyanı anti-İŞİD koalisiyasına qoşur.

Sadalanan üç proses ABŞ-ın yeni mərhələ üçün məharətlə hazırladığı strategiyanın konturları kimi bir-birinə bağlıdır. Bu xüsusda, Şaaranın Ağ Evə ziyarəti zamanı Trampla “Sezar Aktı”nın ləğvini müzakirə etməsi regional açılımda fərqli bir istiqamət yaradır.


Aqşin Kərimov

“Sezar Aktı” Bəşər Əsəd hakimiyyətinə qarşı sanksiya idi. Bu Akt Suriya hökumətinə dəstək verən, ölkənin neft və qaz sənayesini dəstəkləyən, təyyarə və ya hərbi texnika ixrac edən, rejimə tikinti və ya mühəndislik xidmətləri göstərən hər kəsi sanksiya altına alırdı.

ABŞ Dövlət, Ticarət və Xəzinədarlıq departamentləri görüşdən qısa müddət sonra Sezar Aktını altı ay müddətinə dayandırdıqlarını elan etdilər. Dayandırma Rusiya və İranın iştirak etdiyi Suriya əməliyyatlarına şamil edilmir”.

A.Kərimov bildirib ki, bu, Azərbaycanın da Suriyada fəal iqtisadi əməliyyatları izləməsi, o cümlədən Bakıdan qazın təmin edilməsindəki roluna yenidən baxmasını aktuallaşdırır:

“Üstəlik, prosesin təhlükəsizliklə əlaqədar ölçülərinin anti-İŞİD koalisiyası üzərində cəmləşməsi Azərbaycan üçün da əhəmiyyət kəsb edəcək.

Birincisi, Azərbaycan İŞİD-in hücrələrinin Qafqaz regionu üçün yaratdığı təhdid tendensiyalarını ABŞ ilə strateji təhlil etmək imkanı qazanır.

İkincisi, Azərbaycanın Suriyanın təhlükəsizlik arxitekturasındakı tədrici şəkillənməsi onu İŞİD fonundakı risk əməliyyatlarına qarşı möhkəmləndirir.

Bütün bunlardan cənab Şaaranın Vaşinqtona səfəri fonunda bir nəticə çıxır: ABŞ Mərkəzi Asiya, Cənubi Qafqaz və Yaxın Şərq arasında daha böyük və əhəmiyyətli iqtisadi-ticari blok yaratmaq və onun təhlükəsizlik parametrlərini müəyyənləşdirmək qərarı verib”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Noyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri