Icma.az
close
up
RU
Tramp dünya qarşısında elan etdi, gözlər Ordumuza çevrildi: Heyrətamiz dəvət

Tramp dünya qarşısında elan etdi, gözlər Ordumuza çevrildi: Heyrətamiz dəvət

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ-ın Azərbaycanın Qəzza zolağında beynəlxalq qüvvələrin tərkibində təmsil olunmasını istəyi bildirilir. Məlumata görə, Pentaqon həm İsrail, həm də Fələstinlə yaxşı münasibətlərə malik dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın Qəzzaya hərbçilər göndərməsinin tərəfdarıdır.

Analitiklərin fikrincə, ABŞ Prezidenti Donald Trampın rəhbərlik etdiyi hökumətin Azərbaycan Prezidenti İlham Əliyevi Misirdəki sammitə dəvət etməsi də buna dəlalət edir.

Globalinfo.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, Trampın planı Fələstin Muxtariyyətində uzun keçid dövründən və islahat prosesindən sonra müstəqil Fələstin dövlətinin yaradılması ehtimalını açıq saxlayır:

“İsrailin Baş naziri Benyamin Netanyahu və digər dövlət rəsmiləri isə Fələstin dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəklərini bildirirlər. Şarm əl-Şeyxdə keçirilən görüş atəşkəs razılaşmasının növbəti mərhələlərinə dəstək vermək məqsədi daşıyırdı ki, bu da müharibənin daimi sona çatmasını hədəfləyir. Daha aktual məsələlər HƏMAS-ın tərksilah edib-etməməsi və Fələstin anklavını kimin idarə edəcəyidir. Qarşıda əksər ərəb dövlətlərinin regionda sabitlik üçün vacib hesab etdiyi Fələstin dövlətçiliyi məsələsi var. Prezident Tramp Şarm əl-Şeyxdəki çıxışında Qəzzanın silahsızlaşdırılmasına toxunaraq, əslində sülhə yaşıl işıq yandırdı. Ağ Ev rəhbəri həmçinin qətiyyət nümayiş etdirərək bildirib ki, HƏMAS silahlarını yerə qoymalıdır”.


Şəbnəm Həsənova

Politoloqun sözlərinə görə, önəmli məsələlərdən biri Qəzza zolağında beynəlxalq sabitlik qüvvələrinin yaradılmasıdır:

“Əsas namizəd olaraq prosesdə iştiraka ən çox maraq göstərən ölkələr kimi Azərbaycan, İndoneziya və Pakistanın adı çəkilir. Hazırda qüvvələrin tərkibi ilə bağlı danışıqlar davam etsə də, hələlik heç bir ölkə rəsmi öhdəlik götürməyib.

Donald Trampın Qəzzada sülhə dair 20 bəndlik planına əsasən, ABŞ ərəb və digər tərəfdaş ölkələrlə birlikdə müvəqqəti sabitlik qüvvəsi yaradacaq. Bu qüvvə seçilmiş Fələstin polis qüvvələrinə təlim keçəcək və onlara dəstək verəcək. ABŞ öz hərbçilərinin Qəzzaya girməyəcəyini, lakin koordinasiya fəaliyyətlərində iştirak edəcəklərini açıqlayıb. Bu amili daha öncəki illərdə ABŞ əsgərlərinin kəskin tənqid hədəfinə çevrilməsi ilə əlaqələndirmək olar. Sabitlik qüvvəsi Tramp administrasiyasının HƏMAS və İsrail arasında müharibəni dayandırmaq, Qəzzanı tədricən silahsızlaşdırmaq və yenidən qurmaq planının əsas hissəsi hesab olunur. Azərbaycana qayıtdıqda isə, şübhəsiz ki, daha öncəki illərdə İraq, Kosovo və Əfqanıstanda belə bir təcrübəmizin olması Qəzzada da eyni töhfəni verə biləcəyimizi təsdiq edir. Lakin atəşkəs kövrək olduğundan bununla bağlı qəti qərar qəbul etmək üçün hələ də dəqiqləşdirmələr aparıldığını düşünürəm”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri