Icma.az
close
up
RU
“Tramp, Əliyev və Paşinyan ritorikanı deyil, nəticələri seçdilər”

“Tramp, Əliyev və Paşinyan ritorikanı deyil, nəticələri seçdilər”

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

“Bir neçə diplomat nəsli Azərbaycan və Ermənistan arasında illərlə davam edən münaqişəni həllolunmaz hesab edirdilər, lakin bu yanaşma ABŞ Prezidenti Donald Trampın yenidən vəzifəsinə qayıtması ilə başa çatdı”.

Hurriyyet.Media  xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff “Washington Examiner” nəşrində dərc olunmuş məqaləsində yazıb.

Uitkoffun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində proses 2025-ci ilin martında Bakıya səfərlə başladı:

“Artıq ilk təmasdan etibarən aydın oldu ki, ABŞ indiyədək Azərbaycan və İlham Əliyev ilə münasibətlərə lazımi diqqət ayırmayıb. 

Azərbaycan Prezidenti sülhə nail olmaq üçün çətin, lakin zəruri addımlar atmağa hazır güclü, qətiyyətli lider kimi özünü göstərdi. İ.Əliyev həm öz ölkəsinin maraqlarını, həm də regional sabitliyin daha geniş gündəliyini anlayan bir insan təəssüratı yaratdı. Bu səfər komandamızı irəliləyişin mümkün olduğuna inandırdı.

Eynilə, Ermənistanda biz Baş nazir Nikol Paşinyanın simasında bəzən populyar olmayan, lakin xalqının maraqları naminə ən yaxşı qərarlar qəbul etməyə qadir praqmatik və cəsarətli bir lideri kəşf etdik.

Sonrakı beş ay ərzində biz Bakı və İrəvanda intensiv danışıqlar apardıq. Bundan sonra aydın oldu ki, münaqişəyə fərqli aspektdən baxmaq lazımdır.

Azərbaycanın Naxçıvan bölgəsinə maneəsiz çıxış ehtiyacı uzun müddət perspektivsiz mübahisə kimi nəzərdən keçirilirdi. Bu məsələdə yeni düşüncəyə, yaradıcı yanaşmaya və ən əsası liderliyə ehtiyac var idi. 

Bu liderliyi ilk olaraq Tramp nümayiş etdirdi ki, bu da imkanlar pəncərəsini açdı və nəticədə TRIPP konsepsiyası meydana gəldi”.

O, ABŞ-nin son bir il ərzində bu sazişin həyata keçirilməsi üçün Ermənistan və Azərbaycanla işlədiyini bildirib. 

ABŞ Prezidentinin xüsusi nümayəndəsi hazırda Cənubi Qafqaz regionunda sabitliyin bərqərar olduğunu qeyd edib:

“Cənubi Qafqaz bu gün daha təhlükəsiz və sabitdir, çünki Tramp, Əliyev və Paşinyan ritorikanı deyil, nəticələri seçdilər”. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Avqust 2026 06:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see581

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see262

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see249

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see239

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see230

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see220

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see215

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see211

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see202

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see200

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see194

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see190

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see189

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see183

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see179

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see177

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see175

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see171

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri