Icma.az
close
up
RU
ABŞ rəsmisindən Əliyev və Paşinyanla bağlı mühüm MESAJ Ritorikanı deyil, nəticələri seçdilər

ABŞ rəsmisindən Əliyev və Paşinyanla bağlı mühüm MESAJ Ritorikanı deyil, nəticələri seçdilər

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycanla Ermənistan arasında uzun illər davam edən şiddətli münaqişəni həllolunmaz hesab edirdilər, amma bu, Prezident Donald Trampın vəzifəsinə qayıdışı ilə dəyişdi”.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun “Washington Examiner”də dərc olunan məqaləsində bildirilib.

O xatırladıb ki, Trampın cəsarətli və uzaqgörən rəhbərliyi sayəsində iki ölkə arasında Sülh Bəyannamənin imzalanmasının bir ili tamam olub:

“Bu sənəd 35 ildən artıq davam edən qan tökülməsinə son qoydu. Bu, həqiqətən də misilsiz nailiyyətdir. ABŞ Prezidentinin xüsusi nümayəndəsi kimi onun sülh gündəliyini irəli aparmaq şərəfinə nail olmuşam.

Prezident əvvəlki məhdud çərçivədən kənara çıxaraq Azərbaycan və Ermənistan arasında sülhə üstünlük verdi. Bizim prosesə cəlb olunmağımız 2025-ci ilin martında Bakıya səfərimizlə başladı. İlk təmasdan etibarən aydın oldu ki, ABŞ-nin Azərbaycan və Prezident İlham Əliyevlə münasibətlərinə lazımi diqqət yetirilməyib.

Trampın xarici siyasət doktrinası o baxımdan unikaldır ki, o, Amerikanın maraqlarını irəli aparmaq üçün, o cümlədən uzanan münaqişələrdə sülhə nail olmaq məqsədilə istənilən şəxsin gözünün içinə birbaşa baxmağa hazırdır. Bu hadisə də istisna olmadı.

Azərbaycan Prezidenti özünü sülhə nail olmaq üçün çətin, amma zəruri addımları atmağa hazır olan güclü və qətiyyətli lider kimi göstərdi. Əliyev bizdə həm ölkəsinin maraqlarını, həm də regional sabitliyin daha geniş gündəliyini anlayan insan təəssüratı yaratdı. Bu səfər komandamızı irəliləyişin mümkün olduğuna inandırdı”.

Stiven Uitkoff Ermənistan Baş naziri Nikol Paşinyanın da “praqmatik və cəsarətli lider” olduğunu vurğulayıb: “Növbəti beş ay ərzində Bakıda və İrəvanda intensiv danışıqlar apardıq. Bundan sonra aydın oldu ki, münaqişəyə başqa prizmadan yanaşmaq lazımdır”.

ABŞ rəsmisi qeyd edib ki, Azərbaycanın Naxçıvan eksklavına maneəsiz çıxış əldə etməsi məsələsinə də yeni düşüncə tərzi və yaradıcı üsullarla həll yolu tapılıb:

“Görülən səmərəli işin nəticəsi TRIPP konsepsiyası oldu. Bu gün TRIPP konsepsiyası zahirən həllolunmaz mübahisələrin sonsuz danışıqlar yolu ilə deyil, yaradıcılıq, güc və qarşılıqlı maraq vasitəsilə həll edilməsinin modeli kimi dünya miqyasında tanınıb. Son bir il ərzində ABŞ bu sazişin həyata keçirilməsi istiqamətində Ermənistan və Azərbaycanla işləyib. Gözləntimiz budur ki, TRIPP Xəzər dənizi vasitəsilə davam etdiriləcək və bu konsepsiya Yaxın Şərqdə də inkişaf etdiriləcək”.

Uitkoff əlavə edib ki, bu gün artıq Cənubi Qafqaz daha təhlükəsiz və sabitdir: “Çünki Tramp, Əliyev və Paşinyan ritorikanı deyil, nəticələri seçiblər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Avqust 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri