Icma.az
close
up
RU
Tramp Ərdoğandan kömək istəyəcək

Tramp Ərdoğandan kömək istəyəcək

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

ABŞ Rusiya ilə Ukrayna arasında atəşkəsin təmin olunması üzrə danışıqlarda Türkiyənin vasitəçiliyini təmin edə bilər. 

Donald Trampın andiçmə mərasimindən sonra ilk hədəfi Rusiya ilə Ukrayna arasında müharibənin dayandırılması olacaq. O, seçki ərəfəsindəki çıxışlarında prezident seçiləcəyi təqdirdə iki ölkə arasında müharibəni qısa müddət ərzində bitirəcəyinə söz verib. 

Tramp bu istiqamətdə istənilən vasitədən istifadə etməyə çalışacaq.

Hətta bəzi iddialara görə, Tramp Rusiya-Ukrayna danışıqlarına üçüncü ölkəni vasitəçi kimi cəlb edə bilər. Sözsüz ki, həmin ölkə neytral mövqeli, həmçinin Rusiya və Ukrayna ilə normal münasibətlərə malik olmalıdır. 

Ekspertlər Türkiyəni bu rola daha münasib görürlər. Ona görə ki, Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə yüksək səviyyədə diplomatik-siyasi, iqtisadi-enerji və mədəni münasibətləri var. 

Eyni zamanda, Ankaranın vasitəçiliyi ilə münaqişə tərəfləri arasında bir neçə mühüm razılaşma da əldə olunub. Məhz Türkiyənin diplomatik təşəbbüsləri müharibə fonunda Rusiya və Ukrayna taxılı dünya bazarına ixrac olunub. 

Politoloq Rəşad Bayramov “Cebheinfo.az”-a şərhində qeyd edib ki, həm Rusiya, həm də Ukraynanın Türkiyənin vasitəçiliyinə ehtiyacı olacaq: 

“Əslində Türkiyə bir neçə dəfə Rusiya ilə Ukrayna arasındakı danışıqlarda vasitəçi qismində çıxış edib. Kifayət qədər müsbət nəticələr əldə olunub. Türkiyənin vasitəçiliyi ilə Rusiya, Ukrayna və BMT arasında taxıl sazişinin imzalanmasına və əsirlərin mübadiləsinə şahidlik etmişik. İstanbul sazişi kimi mühüm sazişin əldə olunmasında Türkiyənin rolu danılmazdır. Çox təəssüf ki, müəyyən beynəlxalq güc mərkəzlərinin müdaxiləsi ilə bu razılaşma pozuldu. 

Türkiyə yenə də Rusiya ilə Ukrayna arasında müharibənin dayanmasında və cəhbə xətti boyunca atəşkəsin təmin olunmasında, eləcə də diplomatik danışıqların təşkilində öz köməyini göstərə bilər. Türkiyə Rusiya və Ukrayna ilə kifayət qədər normal diplomatik-siyasi və iqtisadi-ticari münasibətlər qurub. Türkiyənin Putin və Zelenski hakimiyyəti ilə çox yaxın təmasları var. Hətta Türkiyə ağır şəraitdə olan Ukaynaya humanitar yardım da edib. Ona görə də Türkiyənin danışıqlarda vasitəçilik etməsi hər iki ölkə tərəfindən müsbət qarşılana bilər”. 

Politoloqun sözlərinə görə, Tramp administrasiyası Rusiya-Ukrayna müharibəsinin dayanması istiqamətində addım atacağı təqdirdə hər iki münaqişə tərəfi ilə normal münasibətləri olan Türkiyənin vasitəçiliyini nəzərdən keçirə bilər: 

“Ən münasib ölkə məhz Türkiyədir. Hesab edirəm ki, Ankara danışıqlarda vasitəçilik etməsi üçün xüsusi potensiala sahibdir. 

Ancaq burada bəzi məsələlərə də diqqət yetirmək lazımdır. Trampın bu müharibə ilə bağlı hansı mövqe sərgiləcəyi çox önəmlidir. Ola bilər ki, Tramp Ukraynanı Rusiya ilə danışıqlar masasına oturmağa vadar etmək üçün ona hərbi və maliyyə yaradımını dayandıracaq, yaxud Rusiyanı danışıqlara gətirmək üçün Ukraynaya daha çox silah-sursat verəcək və Moskva üzərində sanksiyaları genişləndirəcək. 

Amma danışıqlar masasında son sözü Rusiya və Ukrayna deyəcək”. 

Yunis Abdullayev 
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Yanvar 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see403

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see396

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see273

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see254

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see243

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see236

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see234

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see230

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see229

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see213

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see204

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see204

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see200

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see199

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see196

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see195

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see191

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see190

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see189

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri