Tramp “eybəcər” portretinə görə qəzəbləndi, çıxarılmasını tələb etdi (FOTO)
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ prezidenti Donald Tramp Kolorado ştatının Kapitolisində onun "eybəcərləşdirilmiş” portretinin asılmasına qəzəblənib və onun götürülməsini tələb edib.
Qaynarinfo xəbər verir ki, bu barədə o, Truth Social şəbəkəsində yazıb.
Tramp Truth Social platformasında yazıb ki, Koloradodakı portreti "o qədər qəsdən eybəcərləşdirilib ki, indiyə qədər belə bir şey görməyib”.
O, həmçinin qeyd edib ki, rəssam sabiq prezident Barak Obamanın portretini "mükəmməl” çəkdiyi halda, onun portreti "dəhşətli” alınıb.
"Əslində, heç bir portretim olmasa daha yaxşı olardı, amma Koloradonun bir çox sakini zəng edib və yazaraq şikayətlənib. Onlar hətta bu məsələyə görə qəzəbləniblər!" – deyə Tramp bildirib.
Buna görə də, o, Koloradonun Kapitolisində prezidentlərin portretlərini yerləşdirən ştatın "radikal solçu” qubernatoru Cared Polisə müraciət edərək, öz portretini çıxarmağı tələb edib.
Tramp həmçinin Polisi "cinayətkarlığa qarşı olduqca zəif” olmaqda günahlandırıb və "Cared utanmalıdır!” – deyə əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Kremlin rəhbəri Vladimir Putinlə görüşü barədə danışıb.
Onun sözlərinə görə, Putin görüş zamanı ona "prezident Trampın gözəl bir portretini" hədiyyə edib.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 24 Mart 2025 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















