Tramp fikrini dəyişdi, Zelenskiyə söz verdi Putinlə bu mövzu danışılmayacaq
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Alyaskada rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı ərazi mübadiləsi məsələsini müzakirə etməyəcəyinə dair Ukrayna Prezidenti Volodimir Zelenskiyə söz verib.
Globalinfo.az xəbər verir ki, bu barədə NBC və CNN öz mənbələrinə istinadən məlumat yayıb.
Trampın bunu ötən gün Avropa liderləri və Zelenskinin iştirak etdiyi onlayn konfransda dediyi bildirilir. Məlumata görə, ABŞ prezidenti qeyd-şərtsiz atəşkəsə nail olmağı hədəflədiyini açıqlayıb.
Avropa liderləri onlayn görüşdən sonra Trampın Putinlə müzakirənin nəticələri ilə bağlı optimist düşüncədə olmadığı qənaətinə gəliblər.
Maraqlıdır ki, Donald Tramp daha əvvəl Ukraynanı sülh sazişi çərçivəsində ərazi mübadiləsinə hazır olmağa çağırmışdı.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 14 Avqust 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















