Tramp fövqəladə vəziyyət tətbiq edəcək Təsdiqlədi
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-ın yeni Prezidenti Donald Tramp qanunsuz miqrantların ölkədən genişmiqyaslı deportasiyasını həyata keçirmək üçün federal səviyyədə fövqəladə vəziyyət tətbiq edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Məlumata görə, Tramp “Truth Social” sosial şəbəkə hesabında “Judicial Watch” mühafizəkar fəallar qrupunun rəhbəri Tom Fittonun “Tramp milli səviyyəli fövqəladə vəziyyət elan etməyə hazırdır və o, kütləvi deportasiyalar həyata keçirmək üçün hərbi gücdən istifadə edəcək” paylaşımını yerləşdirib və paylaşımın altına “Bu doğrudur!” şərhini qeyd edib.
Nəşrin məlumatına görə, ABŞ-da 11 milyon qanunsuz miqrant yaşayır və gözlənilən deportasiyalar 20 milyon ailəyə təsir göstərə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 18 Noyabr 2024 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















