Icma.az
close
up
RU
Tramp fövqəladə vəziyyət elan etməyə hazır olduğunu təsdiqlədi

Tramp fövqəladə vəziyyət elan etməyə hazır olduğunu təsdiqlədi

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp qanunsuz miqrantların ölkədən genişmiqyaslı deportasiyasını həyata keçirmək üçün federal səviyyədə fövqəladə vəziyyət tətbiq edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Məlumata görə, Tramp “Truth Social” sosial şəbəkə hesabında “Judicial Watch” mühafizəkar fəallar qrupunun rəhbəri Tom Fittonun “Tramp milli səviyyəli fövqəladə vəziyyət elan etməyə hazırdır və o, kütləvi deportasiyalar həyata keçirmək üçün hərbi gücdən istifadə edəcək” paylaşımını yerləşdirib və paylaşımın altına “Bu doğrudur!” şərhini qeyd edib.

“Axios”un məlumatına görə, ABŞ-da 11 milyon qanunsuz miqrant yaşayır və gözlənilən deportasiyalar 20 milyon ailəyə təsir göstərə bilər.

seeBaxış sayı:20
embedMənbə:https://axar.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri