Icma.az
close
up
RU
Tramp geri çəkildi

Tramp geri çəkildi

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Çinə tətbiq olunan yüksək gömrük rüsumları ilə bağlı açıqlama verib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Tramp Oval Ofisdə keçirilən mərasimdə jurnalistlərin "ticarət müharibəsi" ilə bağlı suallarını cavablandırıb. O deyib ki, Çinlə münasibətləri yaxşıdır və ümumilikdə, dünyanın əksər ölkələri ABŞ ilə ticarət əlaqələri qurmaq istəyir. Prezidentin sözlərinə görə tərəflər arasında danışıqlar davam edir və Çinlə münasibətlər qaydasındadır.

Bununla belə, Tramp ABŞ-nin maraqlarını qorumaqda qətiyyətli olduqlarını da bildirib. O deyib ki, Çinə qarşı tətbiq olunan 145 faizlik gömrük rüsumu tamamilə aradan qalxmayacaq, lakin azaldılacaq. Bu addım Çinlə ədalətli və qarşılıqlı anlaşmaya əsaslanan ticarət münasibətlərinin qurulması üçün atılıb.

Tramp bildirib ki, Çin ABŞ bazarından qazandığı pulla ordusunu gücləndirə bilər və bu vəziyyətə son verilməlidir.

Qeyd edək ki, Tramp aprelin əvvəlində Çinə tətbiq olunan gömrük tariflərini 125 faizə qaldırıb. Çin isə buna cavab olaraq ABŞ məhsullarına 84 faiz rüsum tətbiq edib. Ağ Ev son açıqlamasında bildirib ki, Trampın elan etdiyi 125 faizlik tarifə əvvəldən mövcud olan 20 faizlik rüsum daxil deyildi. Bu da ümumi tarifin 145 faiz olduğunu göstərib. 

ABŞ tərəfi vergi siyasəti ilə təzyiq etməyə çalışdığı halda, Çin isə cavab olaraq əsas xammal üzərindən cavab verib. Bu zaman Pekinin atdığı addım - ABŞ-yə NTE ixracını dayandırması ticarət müharibəsində Çinin əlinin boş olmadığını göstərib. Nadir torpaq elementləri müasir texnologiyada, xüsusilə elektronika və müdafiə sənayesində əvəzsiz xammal sayılır. Bu addımı ilə Çin strateji üstünlüyünü ortaya qoyub.

Çin bu üsuldan əvvəl də istifadə etmişdi. 2010-cu ildə Yaponiyayla yaşadığı gərginlik fonunda Pekin yenə NTE ixracını dayandırmış və nəticədə Tokio geri addım atmışdı.

İslam
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 23 Aprel 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri