Icma.az
close
up
RU
Tramp: “Gömrük rüsumları daimi ola bilər”

Tramp: “Gömrük rüsumları daimi ola bilər”

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Amerika administrasiyası tərəfindən bəzi ölkələrin məhsullarına tətbiq olunan gömrük rüsumları gələcəkdə ləğv olunmaya bilər. APA xəbər verir ki, bu barədə o, NBC News telekanalına verdiyi müsahibədə bildirib.

Jurnalistin “Rüsumlar daimi olacaqmı, yoxsa gələcəkdə ləğv olunacaq?” sualına cavab verən Tramp deyib: “Xeyr, mən bunu etməyəcəm, çünki əgər kimsə inanırsa ki, tariflər ləğv olunacaq, o zaman niyə ABŞ-da istehsal qurmalıdır?”

Tramp Çinlə ticarət sahəsində çox sərt davrandığını, lakin hazırda Pekinin Vaşinqtonla razılaşma əldə etməyə çalışdığını vurğulayıb: “Bu o deməkdir ki, biz artıq onlarla ticarət etmədiyimiz üçün trilyon dollar itirmirik. Onlar razılaşma əldə etmək istəyirlər. Həqiqətən də, çox istəyirlər. Görək bu necə nəticələnəcək, lakin bu razılaşma ədalətli olmalıdır”.

ABŞ prezidenti bildirib ki, gömrük rüsumlarından amerikalı sahibkarlar üçün istisnalar etməyəcək: “Onların buna ehtiyacı yoxdur”.

Qeyd edək ki, Tramp bu il 2 aprel tarixində 185 ölkə və əraziyə məxsus məhsullara gömrük rüsumlarının tətbiq olunduğunu elan edib. Rusiya bu siyahıya daxil deyil. 10%-lik universal tariflər 5 apreldən, fərdi tariflər isə 9 apreldən qüvvəyə minib. Daha sonra Tramp bəzi ölkə və ərazilərə qarşı qarşılıqlılıq prinsipinə əsaslanan əlavə idxal rüsumlarının tətbiqini 90 gün müddətinə dayandırdığını açıqlayıb. Ağ Ev bu fasilənin ticarət danışıqları ilə bağlı olduğunu, bu müddət ərzində 10%-lik universal tarifin qüvvədə qalacağını bildirib.

Eyni zamanda, Tramp administrasiyası Çindən idxal olunan məhsullara tətbiq edilən tarifləri 125%-ə qaldırıb. Bundan əvvəl isə Kanada, Çin və Meksikanın ABŞ-a fentanil qaçaqmalçılığına qarşı kifayət qədər mübarizə aparmadıqları iddiası ilə 20%-lik əlavə tarif tətbiq olunmuşdu. Hazırda Çin məhsullarına ABŞ tərəfindən tətbiq edilən ümumi tariflər 145%-ə çatır. Çin isə cavab olaraq 12 apreldən etibarən ABŞ məhsullarına tarifləri 125%-ə qədər artırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 May 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri