Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp İlham Əliyev dostluğu erməni lobbisini MƏĞLUB ETDİ

Tramp İlham Əliyev dostluğu erməni lobbisini MƏĞLUB ETDİ

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

ABŞ-dəki erməni diasporu və lobbisi Tramp adminstrasiyasının Azərbaycanla münasibətlərini pozmağa çalışır.

Xüsusilə də avqust ayının 8-də ABŞ Prezidentinin iştirakı ilə Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması radikal mövqeyə malik erməni diasporunu və bu dairələrdən maliyyələşən konqresmenləri ciddi narahat etməyə başlayıb. Son günlər Amerika Erməni Milli Komitəsinin və Demokratlar Partiyasının ABŞ Nümayəndələr Palatasındakı təmsilçiləri sülh prosesini əngəlləmək üçün bütün vasitələrdən istifadə etməyə başlayıb.

Bu məqsədlə Konqresin aşağı palatasının Xarici İşlər Komitəsinə anti-Azərbaycan xarakterli bir neçə layihənin təqdim olunması ilk növbədə Tramp adminstrasiyasının təşəbbüsü ilə sülh müqaviləsinin imzalanmasına və bölgədə kommunikasiyaların açılmasına mane olmaq niyyəti güdür. 

Nümayəndələr Palatasının Erməni Milli Komitəsi “Erməni əsirlərin azad edilməsi və “Artsax” sakinlərinin öz vətənlərinə qaytarılması” adı altında  düzəlişləri qəbul edib. Düzəlişlər Dövlət Departamentinin 2026-cı il üçün  maliyyələşdirmə aktına hazırda Bakıda məhkəməsi gedən hərbi cinayətkarların azadlığa buraxılmasını təmin etmək, ermənilırin olmayan dini - mədəni irsini qorumaq və Qarabağdan könüllü köçmüş ermənilərin geri qayıtmaq hüququnu dəstəkləmək öhdəliyi qoyur. Yəni ABŞ Erməni Milli Komitəsi Azərbaycana maliyyə ayırmaları zamanı şərtlərin nəzərə alınmasını təklif edir. Lakin həmin sənəddə hərbi cinayətkarlar “hərbi əsirlər” adılandırılır.

Bundan başqa, Azərbaycandakı erməni dini və mədəni irsinin guya  dağıdıldığına dair rəy yaradılır, Qarabağdan ermənilərin guya könüllü deyil, zorla köçürüldüyü qeyd edilir. 

Göründüyü kimi, burada əsas məqsədlərdən biri ABŞ Prezidenti Donlad Trampın Azərbaycana isti münasibəti pozmaqda, çünki bu, erməni diasporunu narazı salıb. Donald Trampın Prezident İlham Əliyevlə dostluğu, vaxtaşırı Azərbaycan dövlət başçısının çıxışlarını sosial şəbəkələrdə paylaşması erməni diasporunda siyasi şok effekti yaradıb. Çünki erməni diasporu uzun illər Azərbaycan əleyhinə kampaniya aparmaqla işğal edilmiş ərazilərə olan iddialarını reallaşdıracaqlarına ümid ediblər. Onlara lobbiçilik edən Brend Şerman, Brenda Şaffer, Nensi Pelosi, Adam Şiff, Bob Menendez, Frank Pallon kimi  konresmenlər isə ermənilərin bu maraqlarından çıxış etməklə pul qazanıblar.

Daha dəqiq desək, ianə və seçki kampaniyasını maliyyələşdirmə adı altında konqresmenlərə rüşvət verilib. Bu cinayət əməlləri sonra dələduz və vətənə xəyanət ittihamı ilə həbs edilmiş Bob Menendezin istintaqı prosesində bir daha öz təsdiqini tapıb. İndi erməni lobbiçiləri öz gəlir mənbələrini itirməkdən narahatlıq keçirir. Tramp adminstrasiyasının Azərbaycana münasibətdə obyektiv mövqe tutması diasporu və ermənipərəst konqres üzvlərini qane etmir. Donald Trampın erməni diasporunun təsirinə düşməyən praqmatik siyasətçi olması, eyni zamanda Azərbaycan Prezidenti ilə dostluğu ədalətli sülhün əldə edilməsində mühüm rol oynayıb.  

Ona görə də Amerika Erməni Milli Komitəsi Prezident Trampa qarşı siyasi hücumlar etməyə başlayıb. Ermənilər ABŞ  Prezidentinin səlahiyyətlərini məhdudlaşdırmağa səy göstərirlər. Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinə Azərbaycan əleyhinə iki düzəliş təqdim olunub. Hər iki layihə açıq şəkildə anti-Azərbaycan xarakterli olub və uzun müddətdir, erməni lobbisinin təsiri altındakı Kaliforniyadan olan demokrat konqresmen Bred Şerman tərəfindən hazırlanıb.

Birinci düzəliş ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyasına Azərbaycandakı layihələrə hər hansı dəstək verməyi qadağan etməyi, ikinci düzəliş isə ABŞ Prezidentinin "Azadlığa Dəstək Aktına 907 saylı düzəliş"in təsirini dayandırmaq səlahiyyətlərinin ləğv olunmasını təklif edirdi ki, bu da Azərbaycana ABŞ yardımının göstərilməsini qadağan edir. 

Yəni ermənilər Donald Trampı Azərbaycana qarşı "907-ci düzəliş"in icrasınlı tamamilə dyandırmaq səlahiyyətindən məhrum etməyə çalışıblar. 

Lakin Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi prosesi çərçivəsində nəzərdən keçirilən qanun layihələrinə iki düzəlişi rədd edib.

Hər iki düzəlişin rədd edilməsi ABŞ Prezidenti Donald Trampın Ermənistan və Azərbaycan arasında sülh təşəbbüsünə qarşı çıxan erməni lobbisinin Konqresdə daha bir məğlubiyyətini nümayiş etdirir.

ABŞ Dövlət Departamentinin yenidən səlahiyyətləndirilməsi prosesi ABŞ Konqresinin Dövlət Departamentinin hüquqi səlahiyyətlərini və təşkilati strukturunu nəzərdən keçirdiyi, dəqiqləşdirdiyi və uzatdığı illik prosesdir.

Xarici İşlər Komitəsinin qərarı 907-ci düzəlişin tezliklə ABŞ Konqresində ləğv olunacağına dair ümidləri artırır. Bu da əsasən Konqresin hər iki palatasında Respublikaçılar Partiyasının üstünlük təşkil etməsi ilə bağlıdır. 

Müşfiq Abdulla  
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Sentyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see655

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see391

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see257

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see256

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see253

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see249

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see245

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see224

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see222

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see214

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see214

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see213

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see208

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see206

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see204

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see197

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see182

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see181

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri