Icma.az
close
up
RU
Tramp indiyədək neçə savaşı dayandırıb? İddia və reallıqlar

Tramp indiyədək neçə savaşı dayandırıb? İddia və reallıqlar

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Rusya ilə Ukrayna arasında sülhə vasitəçilik etməyə çalışan ABŞ Prezidenti Donald Tramp son vaxtlar tez-tez ikinci prezidentlik dövründə bəzi ölkələr arasında özünün iştirakı ilə əldə edilən sülh müqavilələrini misal gətirir. 

ABŞ lideri son olaraq Ağ Evdə 18 avqust tarixində keçirilən Ukrayna ilə bağlı görüşdə 6 müharibəni sona çatdırdığını və bunların heçbirində "atəşkəs" kəliməsini istifadə etmədiyini iddia edib. Sonrakı gün Tramp bu sayı 7-yə çıxarıb...

Ancaq bu müqavilələrdən bəziləri yalnız bir neçə gün davam edib və onların nə qədər davamlı olacağı hələ də mübahisəlidir. Həmçinin Tramp öz paylaşımlarında "atəşkəs" kəliməsindən də istifadə edib.

İran-İsrail

Məsələn, İsrail ilə İran arasında 12 gün davam edən qarşıdurma, 13 iyun tarixində İsrailin İrandakı hədəfləri vurması ilə başlamışdı. Tramp 23 iyunda paylaşımında yazıb: “Rəsmi olaraq, İran atəşkəsə razılıq verib və 12-ci saatda İsrail də atəşkəs elan edəcək.  24-cü saatda isə 12 günlük müharibənin rəsmi sona çatması dünya tərəfindən məmnuniyyətlə qarşılanacaq”.

Lakin İranın dini lideri Əli Xamenei atəşkəsdən bəhs etməyərək ölkəsinin “qəti zəfər” qazandığını bildirib. İsrail isə yeni təhlükələr qarşısında İranı yenidən hədəf ala biləcəyini açıqlayıb.

Pakistan-Hindistan

Nüvə silahına sahib olan bu iki ölkə arasındakı gərginlik uzun müddətdir davam edir. May ayında Kəşmir bölgəsində baş verən hücumlar sonrası dörd günlük qarşılıqlı hücumlar baş verdi. Tramp Hindistan və Pakistanın atəşkəs razılığına gəldiyini və bunun ABŞ vasitəçiliyi ilə mümkün olduğunu iddia edib.

Pakistan Trampa təşəkkür edib və onu Nobel Sülh Mükafatına namizəd görüb.  Hindistan isə ABŞ-nin təsirini önəmli saymayıb. Hindistan Xarici İşlər naziri Vikram Misri bildirib ki, görüşlər ölkələr arasında birbaşa hərbi kanallar vasitəsilə həyata keçirilib.

Ruanda və Konqo Demokratik Respublikası

Bu iki ölkə arasında uzun müddət davam edən düşmənçilik, M23 üsyançı qrupunun Konqo Demokratik Respublikasının şərqindəki mədən bölgəsini ələ keçirməsi ilə yenidən alovlanıb. İyunda ABŞ-də keçirilən sülh müqaviləsi ilə tərəflər uzun müddət davam edən düşmənçiliyi sona çatdırmaq istəyiblər. Tramp bu müqavilənin ABŞ ilə ticarəti artıracağını bildirib. Lakin tərəflər atəşkəsi pozmaqla bir-birini ittiham edib, M23 üsyançıları isə sülh görüşlərini tərk etməklə bağlı təhdidlərə baş vurub. 

Tayland və Kamboca

Tramp 26 iyulda "Truth" hesabından etdiyi paylaşımda yazıb:“Taylandın müvəqqəti baş nazirinə zəng edirəm və ondan davam edən müharibəni dayandırmasını və atəşkəs elan etməsini istəyirəm”.

Bir neçə gün sonra iki ölkə, bir həftədən az davam edən sərhəd qarşıdurmasından sonra “təcili və şərtsiz atəşkəs” razılığına gəldiklərini açıqlayıblar.

Ermənistan və Azərbaycan

8 avqustda Ağ Evdə imzalanan barış deklarasiyasından sonra hər iki ölkə lideri Trampın Nobel Sülh Mükafatına layiq olduğunu bildirib. 

Misir və Etiyopiya

Burada Trampın bitirdiyini iddia edə biləcəyi bir müharibə yox idi, lakin Nil çayı üzərindəki barajla bağlı uzun müddətli gərginlik mövcud idi. Yəni, əslində rəsmi bir sülh müqaviləsi əldə olunmayıb.

Serbiya və Kosovo

Tramp 27 iyunda iki ölkə arasındakı münaqişəni önlədiyini iddia edib. Lakin tarix professoru Mak Millan bildirib ki, ortada həqiqi bir müharibə yox idi və Tramp sadəcə ilk prezidentlik dövründəki diplomatik təşəbbüslərə istinad edib.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Avqust 2025 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see387

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see361

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see348

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see326

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see314

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see285

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see280

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see274

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see269

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see245

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see245

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see243

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see239

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see237

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see233

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see230

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see222

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see214

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see194

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri