Tramp İrana hücum əmri verəcəkdi, bu məlumatdan sonra fikrini dəyişdi VP
GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Vaşinqton son anda İrana zərbə endirməkdən imtina edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, 2026-cı ilin yanvarında Donald Tramp administrasiyası İranda kütləvi etirazlar və hakimiyyətin sərt repressiyaları fonunda bu ölkəyə hərbi zərbə endirilməsi imkanını ciddi şəkildə nəzərdən keçirib:
“Güc ssenarisinə hazırlıq fəal şəkildə aparılıb. Regiona əlavə ABŞ qüvvələri göndərilib, hərbi bazalar yüksək hazırlıq vəziyyətinə gətirilib. Həmçinin ABŞ müttəfiqlərinə mümkün eskalasiya barədə siqnallar ötürülüb.
Lakin Ağ Ev daxilində mövqelər yekdil olmayıb. Təhlükəsizlik sahəsində bir sıra yüksək vəzifəli rəsmilər Tehrana təzyiq göstərmək üçün məhdud zərbəni dəstəkləsələr də, digərləri genişmiqyaslı müharibə riski, Yaxın Şərqdə yerləşən on minlərlə amerikalı hərbçinin təhlükə altına düşməsi və ağır iqtisadi nəticələr barədə xəbərdarlıq ediblər”.
Məlumata görə, Ağ Evdə Trampa fərqli məsləhətlər verilib:
“Uzun müddət ABŞ-ın xarici hərbi əməliyyatlarda iştirakına qarşı çıxan vitse-prezident Cey Di Vens gözlənilmədən İrana zərbələri dəstəkləyib. O, Trampın “qırmızı xətt” çəkdiyini, İrana etirazçıların öldürülməməsi barədə xəbərdarlıq etdiyini və indi bu xəttə sadiq qalmalı olduğunu bildirib.
Həlledici amil İran hakimiyyətinin saxlanılan etirazçılara qarşı planlaşdırılan kütləvi edamlardan imtina etməsi barədə məlumat olub. Qapalı diplomatik kanallarla ötürülən bu siqnal Tramp tərəfindən hərbi qərarı təxirə salmaq üçün əsas kimi qəbul edilib. Nəticədə ABŞ Prezidenti belə qənaətə gəlib ki, hətta genişmiqyaslı zərbə belə rejim dəyişikliyinə gətirib çıxarmayacaq, əvəzində nəzarətdən çıxan eskalasiyaya səbəb ola bilər.
Dərhal hərəkətlərdən imtina edilməsinə baxmayaraq, Vaşinqton hərbi variantı gündəmdən çıxarmayıb. Amerika qüvvələri regionda qalmaqda davam edir, İrana təzyiq isə siyasi və iqtisadi müstəvilərdə sürdürülür. Eyni zamanda ABŞ-ın bu qərarı İran daxilində bəzi etirazçılar arasında məyusluq yaradıb. Onlar Trampın əvvəlki bəyanatlarını birbaşa dəstək vədi kimi qəbul edirdilər”.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 18 Yanvar 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















