Tramp İrana hücum qərarını açıqladı “Ehtiyac yaranarsa, hazırıq”
Azpost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İrana yeni zərbələr endirməyi hələlik planlaşdırmadığını, lakin zərurət yaranarsa, buna hazır olduğunu bildirib.
“Financial Times” qəzeti Trampla müsahibəsinin nəticələrinə əsasən yazır ki, ABŞ-ın yaxın vaxtlarda İrana zərbə endirmək planı yoxdur. Bununla da Tramp aralıq seçkilərdən sonra Vaşinqtonun İslam Respublikası ilə qarşıdurmanı genişləndirməyə hazırlaşdığı barədə yayılan məlumatları təkzib edib.
Onun sözlərinə görə, ABŞ İrandan istədiklərini əldə edir. “Görünür, istədiyimiz hər şeyi əldə edirik”, – deyə Tramp qeyd edib.
Bununla belə, ABŞ Prezidenti zərurət yaranacağı təqdirdə İrana hücum etməyə hazır olduğunu vurğulayıb. “Ehtiyac yaranarsa, buna hazırıq, lakin bunun üçün heç bir səbəb olmaya da bilər”, – deyə Tramp bildirib.
Onun sözlərinə görə, İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlı Tehranla dolayı danışıqlar davam edir. “Uranın yüzlərlə ton daşın altında olmasına baxmayaraq, onun orada qalmasından məmnun olmadığımı deyərdim. Bu, onlarla müzakirə etdiyimiz məsələlərdən biridir”, – deyə Tramp bildirib.
“Biz danışıqlar aparırıq və görək bunun nəticəsi nə olacaq” -deyə o əlavə edib.
N. Talıblı
Post navigation
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 04 Noyabr 2026 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















