Icma.az
close
up
RU
Tramp İrana qarşı nəticə əldə etmək üçün Ərdoğanın razılığını almağa çalışacaq AÇIQLAMA

Tramp İrana qarşı nəticə əldə etmək üçün Ərdoğanın razılığını almağa çalışacaq AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-yə mayda səfəri planlaşdırılır. Rəsmilər tərəfindən bildirilib ki, Amerika lideri Donald Trampın tətbiq etdiyi 10 faizlik əlavə gömrük rüsumları ilə bağlı ölkə başçıları tərəfindən müzakirələr aparıla bilər.

Bəs iki ölkə başçısının ümumi müzakirə mövzuları nələr ola bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirdi ki, Türkiyə və Amerikanın indiki vəziyyətdə müzakirə gündəliyi genişdir:

"Yaxın Şərq məsələsinin müzakirəsini nümünə göstərə bilərik. Suriyada vəziyyət dəyişir və əsas məsələ bundan sonra Suriyada hansı proseslərin baş verəcəyidir. Əsas müzakirə məsələlərindən biri budur. Digər ən əsas məsələ İranla bağlı olan proseslərdir. Vaşinqton Tehrana may ayına qədər vaxt verib. Hesab etmirəm ki, may ayında İran ərazisinə geniş müdaxilə olacaq. Müəyyən zərbələr endirilə bilər. Amerika üçün əsas nüanslardan biri Türkiyənin dəstəyini əldə etməsidir. Ən azından Türkiyənin neytrallığı əldə edilməlidir ki, İrana qarşı nəticə əldə edilsin. Əks təqdirdə Türkiyənin Amerikanın bu siyasətinə qarşı olması Vaşinqtonun istəklərinə nail olmaq baxımından problemlər yarada bilər".

Politoloqun sözlərinə görə, Ukrayna münaqişəsi də Ərdoğanla Trampın əsas müzakirə edəcəyi məsələlərdən biridir.

"Amerika Rusiya ilə bu prosesi həll etməyə çalışır. Ukraynada əldə ediləcək razılaşma gələcək Rusiya-Amerika razılaşmaları üçün zəmin yaradır. Türkiyə Rusiya və ABŞ razılaşmalarından kənar qalacaqsa, bu, Türkiyə ilə Avropa İttifaqının yaxınlaşmasına səbəb ola bilər. NATO-nun hərbi gücü olan Türkiyənin dəstəyi ilə gələcəkdə güclü çıxışlara zəmin yarada bilər. Bu, Tramp siyasətinə uyğun deyil. Tramp administrasiyası Avropanın Amerikadan asılılığını saxlamağa çalışır. Hesab edirəm ki, məhz əsas mövzulardan biri bu olacaq. Amerika çalışacaq ki, Türkiyənin Amerikaya qarşı mövqe göstərməsinin qarşısını alsın. Cənubi Qafqaz məsələsi də müzakirə ediləcək. Səfərə qədər baş verəcək proseslər də müzakirə edilə bilər", - deyə A.Nərimanlı vurğuladı.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Aprel 2025 19:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see243

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see178

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see129

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see125

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see125

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see125

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see124

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see124

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri