Icma.az
close
up
RU
Ermənistan sülh prosesini pozmağa çalışacaq AÇIQLAMA

Ermənistan sülh prosesini pozmağa çalışacaq AÇIQLAMA

Icma.az bildirir, Manset portalına istinadən.

"Ermənistanın atəşkəsi pozması bir tərəfdən onların ənənəvi mövqeyidir, çünki sakit dayanmaq istəmirlər. Bu məsələyə iki əsas mövqedən yanaşılmalıdır. Birinci xüsusi bir hal olaraq qiymətləndirilə bilər. Bu, Ermənistanın müxtəlif istiqamətlərdən ateşkəsi pozması və həmin ərazilərdəki Azərbaycanın mövqelərini, xüsusilə Azərbaycanın yüksəkliklərini nəzarət altına almağa çalışması ilə bağlıdır. Məsələn, Laçın ərazisindəki Zabux, Çaxazur yüksəkliyi Azərbaycanın nəzarətindədir və bu ərazilərdəki kəndləri Ermənistan yüksəkliklərdən nəzarətdə saxlayır". 

Bu sözləri Manset.az-a açıqlamasında siyasi şərhçi Akif Nağı deyib. O bildirib ki, 2022-2023-cü illərdə də Ermənistan bir neçə dəfə təxribatlar törətməyə cəhd edib.

"Xüsusilə, Gorus rayonu ərazisindəki ateşkəs pozulub. Gorus, Azərbaycanın Laçın rayonunun yaxınlığında yerləşir. Laçın rayonu ərazisində  Azərbaycan qüvvələrinin tutduğu mövqelərdən ehtiyat edirlər və narazıdırlar. 

Ermənilər, Azərbaycanın bu yüksəkliklərdəki nəzarətini qəbul etmirlər və bu əraziləri yenidən əldə etmək istəyirlər. Bu, onların hərəkətlərinin əsas səbəbidir. Eyni zamanda, ümumi yanaşma olaraq, ermənilər, "Sülh Müqaviləsi"nin imzalanmasında maraqlı deyillər. Əgər belə bir müqavilə imzalansa, onlar faktiki olaraq məğlubiyyətlərini etiraf etmiş olacaqlar.

2020-ci ilin 10 noyabr bəyannaməsi Azərbaycan tərəfindən "kapitulyasiya aktı" olaraq qiymətləndirilir və faktiki olaraq reallıq da belədir. Ermənistan tərəfi həmin dövrdə sənədi imzalamamağa çalışmışdı. Amma nəhayət, Paşinyan həm Azərbaycan, həm də Rusiya təzyiqləri qarşısında bu sənədi imzaladı. İndi Sülh müqaviləsini imzalamaqla onlar tam kaputilyasiya aktını imzalamış olurlar. 

Ona görə müqaviləni imzalamaqdan yayınırlar və vəziyyətin dəyişəcəyinə ümid edirlər. Onlar istəyirlər ki, müəyyən bir dövrdən sonra regionda situasiya dəyişə və Azərbaycana qarşı hər hansı bir hərəkətlərə təşəbbüs edə bilərlər. Buna görə də, onlar sülh müqaviləsini imzalamaqda maraqlı deyillər".

Akif Nağı qeyd edib ki, son açıqlamalarda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri bildirdilər ki, ermənilər sülh müqaviləsi ilə bağlı razılaşmanı qəbul edir:

"Amma, hətta sənəd imzalanarsa belə, ermənilər bu razılaşmanı pozmağa çalışacaqlar. Onlar təxribatlar törədərək, sülh prosesini pozmağa çalışacaqlar.

Bundan əlavə, ermənilər Avropa İttifaqının müşahidəçi qrupunun, Ermənistan tərəfindən nəzarət edilən bölgələrdə qalmasını istəyirlər. Onlar, bölgədə gərginlik yaradaraq, müşahidəçilərin bu ərazilərdə qalmasını və vaxtın uzadılmasını təmin etməyə çalışırlar. Beləliklə, ermənilər atəşkəsi pozaraq, sülh prosesini dayandırmağa çalışırlar və bu, əsasən, müəyyən təxribatlar ilə həyata keçirilə bilər".

Seyranə Quliyeva 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://www.manset.az
archiveBu xəbər 17 Mart 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri