Tramp İranla bağlı manifestini 5 cümlə ilə açıqladı: Nüvə silahına xüsusi vurğu!
Aznews.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Donald Tramp bildirib ki, ABŞ-nin İsraillə əməkdaşlıq edərək İranı məhv etmək niyyətində olduğu barədə xəbərlər çox şişirdilib.
Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.
“Mən İranın böyük və uğurlu, lakin nüvə silahına malik olmayan bir ölkə olmasını istəyirəm. ABŞ-nin İsraillə birgə fəaliyyət göstərərək İranı darmadağın edəcəyinə dair xəbərlər çox şişirdilir. Mən İranın sülh yolu ilə böyüməsinə və çiçəklənməsinə imkan verəcək Təsdiqlənmiş Nüvə Sülh Sazişinə üstünlük verərdim. Biz dərhal bunun üzərində işə başlamalıyıq və imzalanandan və tamamlandıqdan sonra böyük bir Yaxın Şərq bayramı keçirməliyik. Tanrı Yaxın Şərqi qorusun!”,
- o əlavə edib.

“ABŞ İranla nüvə silahı ilə bağlı sövdələşmə əldə edəcək“ Tramp
11 Fevral 2025 17:14
Tramp İranla nüvə sazişi bağlamağı təklif edib
05 Fevral 2025 16:25
Tramp İranla nüvə sazişi bağlamağa hazır olduğunu bildirib
07 Mart 2025 20:20
Trampdan İranla bağlı xüsusi SƏRƏNCAM
05 Fevral 2025 11:29
İranla nüvə danışıqları yenidən başlayır
25 Noyabr 2024 14:59

