Tramp, lazım gələrsə, tərəddüd etmədən Rusiyaya qarşı sanksiyaları gücləndirəcək Bessent
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ-ın maliyyə naziri Skott Bessent qeyd edib ki, sanksiyaların gücləndirilməsi və ya zəiflədilməsi Rusiya rəhbərliyinin addımlarından asılıdır və bütün variantlar müzakirəyə açıqdır.
Qaynarinfo xəər verir ki, bu barədə o, Fox News kanalına verdiyi müsahibədə bildirib.
"Bu, Rusiya rəhbərliyinin atacağı addımlardan asılıdır – sanksiyalar ya artır, ya da azalır. Prezident Tramp, əgər bu, danışıqlarda üstünlük qazandırarsa, sanksiyaları gücləndirmək qərarında tərəddüd etməyəcək", – deyə ABŞ Maliyyə Departamentinin rəhbəri vurğulayıb.
Bessent əlavə edib ki, ABŞ hazırda İran və husilərə qarşı maksimum sanksiya təzyiqini tətbiq edir və Rusiyanın da belə bir təzyiqlə üzləşməsinin Moskvanın addımlarından asılı olduğunu bildirib.
Jurnalistin Rusiyanın SWIFT sisteminə qayıdışının danışıqlar mövzusu ola biləcəyi ilə bağlı sualına cavab verən Bessent "bütün variantlar masadadır" deyə qeyd edib.
Xatırlatma:
ABŞ-ın maliyyə naziri Skott Bessent daha əvvəl bildirmişdi ki, Ukrayna yaxın günlərdə yeraltı sərvətlərlə bağlı razılaşma imzalaya bilər və Donald Tramp lazım gəldikdə Rusiyaya qarşı sanksiyaları daha da gücləndirməyə hazırdır.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 27 Mart 2025 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















