Icma.az
close
up
RU
“Tramp marşrutu” bölgənin siyasi xəritəsini dəyişə bilərmi? ŞƏRH

“Tramp marşrutu” bölgənin siyasi xəritəsini dəyişə bilərmi? ŞƏRH

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin Ağ Evdə keçiriləcək görüşü beynəlxalq siyasi gündəmin əsas müzakirə mövzularındandır.

Bakıvaxtı.az-ın məlumatına görə, görüş nəticəsində imzalanacağı gözlənilən çərçivə sülh sazişi və onun bir hissəsi olacaq nəqliyyat dəhlizinin - “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu”nun - regional təsirləri ciddi maraq doğurur. Bildirilir ki, Ermənistan bu dəhlizin idarəçiliyi ilə bağlı ABŞ-yə uzunmüddətli eksklüziv hüquqlar verməyi planlaşdırır.

Mövzunu Bakıvaxtı.az-a politoloq Züriyə Qarayeva şərh edib.

Politoloq vurğulayıb ki, ABŞ-nin Bakı-İrəvan arasında razılaşdırılacaq sazişdə nəqliyyat dəhlizinə nəzarət etmək təşəbbüsü regionun geosiyasi düzənində ciddi dəyişikliklərə yol aça bilər. Onun sözlərinə görə, ABŞ-nin Cənubi Qafqazda infrastruktur layihəsinə bu dərəcədə dərin inteqrasiyası, ilk dəfədir ki, texniki yox, siyasi məsuliyyət də daşıyan bir missiyaya çevrilir:

“Bu təşəbbüs həm Rusiya, həm də İran üçün narahatedici siqnaldır. Əgər ABŞ bu dəhliz vasitəsilə regiona real nəzarət imkanı qazanarsa, bu, Qərbin bölgəyə geosiyasi qayıdışı kimi qiymətləndirilə bilər”.

Z.Qarayeva qeyd edib ki, bu addım Kreml tərəfindən qırmızı xəttin keçilməsi kimi qəbul oluna bilər. Rusiya üçün Cənubi Qafqaz onun təsir dairəsi hesab olunur və Ermənistanın ABŞ-yə belə strateji səlahiyyətlər verməsi iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da dərinləşdirə bilər. Rusiya bu fonda Ermənistanı KTMT-dən kənarlaşdırmaq və ya iqtisadi təzyiqləri artırmaq yönündə addımlar ata bilər.

Belə bir konfiqurasiyanın Azərbaycanın maraqlarına cavab verib-vermədiyinə gəlincə, həmsöhbətimiz hesab edir ki, əgər ABŞ təşəbbüsü balanslı şəkildə – həm Azərbaycan, həm də Ermənistanın maraqları nəzərə alınaraq həyata keçirərsə, bu, Azərbaycan üçün də faydalı ola bilər. Dəhlizin açılması və ABŞ-nin burada iştirakçılıq mövqeyi, Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaq:

“Bu, həm iqtisadi dividendlər, həm də diplomatik imkanlar baxımından əhəmiyyətlidir. Beləliklə, bu proses Azərbaycan-ABŞ münasibətlərində yeni bir səhifənin açılmasına və Vaşinqtonun Bakı ilə daha sıx strateji dialoqa girməsinə səbəb ola bilər”.

“Bu dəhlizin “Tramp Marşrutu” adlandırılması simvolikdirmi, yoxsa bu, ABŞ-in Cənubi Qafqaza uzunmüddətli strategiyasının tərkib hissəsidir” sualına isə Züriyə Qarayevanın cavabı belə olub:

-Adlandırma simvolik olsa da, məzmun baxımından son dərəcə stratejidir. “Tramp Marşrutu” təkcə bir logistika layihəsi deyil, həm də ABŞ-nin regionda qalıcı mövcudluğunu formalaşdırmaq üçün istifadə ediləcək alətdir. Vaşinqton bu vasitə ilə həm iqtisadi, həm də təhlükəsizlik baxımından Cənubi Qafqazda yeni mövqe tutmaq niyyətindədir. Bu, Çin və Rusiya ilə geosiyasi rəqabətin bir parçası kimi də dəyərləndirilə bilər.

Zülfü Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Avqust 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri