Icma.az
close
up
RU
“Tramp marşrutu” Zəngəzur dəhlizidir “Dünyanın kəsişməsi” yox!

“Tramp marşrutu” Zəngəzur dəhlizidir “Dünyanın kəsişməsi” yox!

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Görəsən, Ararat Mirzoyan nə danışır?

“İndi buradan Zəngilana gedəcəksiniz 20 dəqiqəyə. Buradan da Zəngəzur dəhlizi keçəcək. Böyük ticarət yolu olacaq”. Bu fikri cənab İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin sakinləri ilə görüşü zamanı səsləndirib. Dövlətimizin başçısı Qarabağın, Şərqi Zəngəzurun ən inkişaf etmiş bölgələrdən biri olacağını vurğulayıb. Özü də “nəinki Azərbaycanda, dünya miqyasında”.

Göründüyü kimi, Zəngəzur dəhlizi məntiqi Azərbaycanın siyasi gündəmindədir. O gündəmdə ki, onu Prezident İlham Əliyev 44 günlük müharibədən sonra formalaşdırıb. Zəngəzur dəhlizinin timsalında Naxçıvana maneəsiz yol, o cümlədən həmin dəhlizin böyük Orta Dəhliz konteksti Azərbaycanın təkcə müharibə qalibi kimi qazandığı böyük mükafat yox, eyni zamanda, tarixi ədalətin bərpasıdır. Ermənistanın isə xüsusən ötən üç ildə təbliğ etdiyi “Dünyanın kəsişməsi” ideyası var. O ideya rəsmi İrəvan tərəfindən məhz Zəngəzur dəhlizinə qarşı irəli sürülmüşdü.

Bəli, baş nazir Nikol Paşinyanın zaman-zaman gündəmə gətirdiyi və təfərrüatlarını açıqladığı “Dünyanın kəsişməsi” regional kommunikasiyaların açılmasının Ermənistan prioritetini rəhbər tutmuşdu. Paşinyan bu məntiqlə regional kommunikasiyaların açılması təsəvvüründə Laçın–Kornidzor–Marqara istiqaməti üzərində dayanmışdı. Plana görə, beynəlxalq yüklər Laçından keçərək, Ermənistanın Kornidzoruna daxil olmalı, oradan isə Türkiyə ilə sərhəddəki Marqaraya daşınmalı idi. Yəni Ermənistanın prioritetində hazırda “Tramp marşrutu” kimi beynəlxalq siyasi ad qazanmış Zəngəzur dəhlizinin (TRIPP) Azərbaycan təsəvvüründən tam uzaqlıq olmuşdu.

Ona görə də Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın iki gün əvvəl xarici jurnalistlər və ekspertlər qarşısında çıxış edərkən, ölkəsinin son zamanlar haqqında danışılmayan “Dünyanın kəsişməsi” layihəsindən söz açması və layihə ilə “Tramp marşrutu” arasında əlaqə axtarması mənasızdır. Amma Mirzoyanın dediklərində mənalı məqamlar istisna deyil. Məsələn, o bildirib ki, bu il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılıq (Azərbaycan və Ermənistan arasında ABŞ Prezidenti Donald Trampın şahid imzası ilə ərsəyə gəlmiş Birgə Bəyannamə - red.), Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması və kommunikasiyaların blokdan çıxarılması Cənubi Qafqazın, ümumən bütün regionun sabitliyi və inkişafı baxımından vacibdir. Yəni erməni XİN rəhbəri ölkəsinin sülhə sadiqliyini dilə gətirir və bunu mühüm xarici siyasət prioriteti olaraq vurğulayır.

Əslində, demək olmaz ki, Mirzoyanın “Dünyanın kəsişməsi” layihəsi xüsusunda açıqladığı fikir tam neqativdir. Hər halda, erməni iqtidarı “Tramp marşrutu”nu bu layihə ilə əlaqələndirməklə ölkənin daxili ictimai rəyinə hesablanmış gedişlər etməkdə sərbəstdir. Problemli məqam ondadır ki, Ermənistan rəhbərliyi, o cümlədən baş nazir N.Paşinyan bütün beynəlxalq platformalarda Zəngəzur dəhlizi ifadəsinə qarşı çıxır, onu Vaşinqton razılaşmasına zidd məqam kimi vurğulayır. Nikolun, hətta, Avropa Şurası Parlament Assambleyasında bir müddət əvvəlki çıxışında bu mövzuda dramatik təsir bağışlayan fikirlər səsləndirdiyi də məlumdur. Nəzərə alsaq ki, “Dünyanın kəsişməsi” Azərbaycanın Zəngəzur dəhlizi ideyasına qarşı ortaya atılmışdı, o zaman indi Mirzoyanın ondan danışması nə deməkdir? İrəvan Bakıya qarşımı çıxır? Prinsip etibarilə Azərbaycan tərəfi bu ifadənin Vaşinqton razılaşmasına zidd mahiyyət daşıdığını bildirə bilər. Amma bildirmir. Paşinyanın komandası erməni cəmiyyətinə reallıqları fərqli tərzdə təqdim etmək istəyirsə, bu onun öz işidir. Əsl reallıq isə budur ki, birincisi, regional kommunikasiyaların açılması heç də “Dünyanın kəsişməsi” ideyasına əsaslanmır. Yuxarıda həmin ideyanın, əslində, nəyi nəzərdə tutduğunu diqqətə çatdırdıq. Əlavə edək ki, Paşinyanın zamanında səsləndirdiyi fikrə görə, “Dünyanın kəsişməsi” mahiyyətcə Naxçıvanla yalnız dəmir yolu əlaqəsini rəhbər tuturdu ki, o da müəyyən şərt daxilində. Şərt belə idi: Azərbaycanın əsas hissəsindən Naxçıvana qatarlar hərəkət edirdisə, Ermənistanın Mehri rayonundan ölkənin digər bölgəsi olan Yerasxa da qatarlar maneəsiz şəkildə Naxçıvandan keçməklə getməli idi. Diqqətə çatdırdığımız Laçın–Kornidzor–Marqara xəttini əsas götürən Paşinyan Naxçıvan istiqamətində avtomobil yolu məsələsini, ümumiyyətlə, yada salmırdı. Halbuki, onun üzərində dayandığı xətt regional kommunikasiyaların, loru dildə desək, dağa-daşa salınması, vaxt itkisi idi. İkincisi, “Tramp marşrutu”nun məğzini elə Zəngəzur dəhlizi təşkil edir və bunu Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirmişdi. Dövlətimizin başçısı demişdi ki, Prezident Donald Tramp Zəngəzur dəhlizinə öz adını verdikdən sonra layihənin yaxın zamanda reallaşacağına ümid edir. Ölkəmizin lideri müsahibəsində, həmçinin təfərrüatları da açıqlamışdı. “Fiziki infrastrukturun, yəni dəmir yolunun tikintisi uzun vaxt tələb etməməlidir, çünki məsafə cəmi 42 kilometrdir”, – deyən İlham Əliyev Zəngəzur dəhlizi sayəsində Ermənistanın nəqliyyatdan tranzit haqqı əldə edəcəyini dilə gətirmişdi. Deməli, məsələ həm də ondadır ki, Ermənistana mənfəət gətirəcək heç də “Dünyanın kəsişməsi” ideyası deyil, məhz Zəngəzur dəhlizidir. Sonda onu da deyək ki, rəsmi İrəvan Zəngəzur dəhlizi ilə bağlı səhvə lap əvvəldən yol vermişdi. 44 günlük müharibənin yekunlarını təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın Naxçıvana maneəsiz yol məntiqi olduğu halda, Paşinyan və komandası Prezident İlham Əliyevin beynəlxalq siyasi terminalogiyaya Zəngəzur dəhlizi olaraq qazandırdığı həmin məntiqi Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi qiymətləndirmişdi. Halbuki, belə olmaya bilərdi. Rəsmi İrəvana, sadəcə, üçtərəfli Bəyanatla üzərinə düşən öhdəliyi yerinə yetirmək qalmışdı. Yetirmədi və bu il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə, faktiki olaraq, beş il əvvəlki öhdəliyi yenilədi. Sözümüz ondadır ki, yenilənmədə “Dünyanın kəsişməsi” adlı nə isə yoxdur və ola bilməz.

Ə.CAHANGİROĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see328

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see236

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see190

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see150

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see148

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see146

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see143

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see141

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see138

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see134

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see132

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see132

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see131

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see131

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see130

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see129

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see129

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri