Icma.az
close
up
RU
“Tramp marşrutu Zəngəzur dəhlizinə daxil olan bir layihədir“ MÜSAHİBƏ

“Tramp marşrutu Zəngəzur dəhlizinə daxil olan bir layihədir“ MÜSAHİBƏ

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Politoloq Fərhad Məmmədov Teleqraf-a müsahibəsində Ermənistan tərəfinin Zəngəzur terminologiyasından narahatlığı, Paşinyanın Qarabağ erməniləri ilə bağlı mövqeyinə dair mövzulardan danışıb.

Moderator.az həmin müsahibəni təqdim edir.

- Fərhad bəy, rəsmi İrəvanın Zəngəzur dəhlizi terminologiyasından narahatlığı nə ilə bağlıdır? Söhbət həmin ərazidən keçəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"ndan (TRIPP) gedirsə, buna qarşı çıxmaq nə dərəcədə məntiqlidir?

- Sözsüz ki, terminologiya ilə bağlı olan məsələlər Zəngəzur dəhlizinin yəni, Tramp marşrutunun parametrləri aydınlaşdıqdan sonra səngiyəcək. Nəzərə almaq lazımdır ki, Azərbaycanın Zəngəzur dəhlizi termininə qoyduğu məna ilə Tramp marşrutunun miqyası üst-üstə gəlmir. Azərbaycan üçün Araz çayı boyunca keçən yol və bu dəhlizin Türkiyə ilə birləşdirilməsi böyük bir layihənin həyata keçirilməsi Zəngəzur dəhlizi adlanır. Tramp marşrutu isə ancaq 44 km-i əhatə edir. Bu sadəcə olaraq, Ermənistan ərazisində olan Zəngəzur dəhlizinə daxil olan bir layihədir.

- Erməni cəmiyyətinin yeni reallığa münasibəti, bu terminologiyalara adaptasiyası üçün nə lazımdır?

- Ermənistanın Baş naziri Nikol Paşinyanı da Zəngəzurla bağlı terminologiya məsələsi narahat edir. 8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə edilən razılaşmadan sonra proseslərə yanaşma dəyişib. Ermənistan daxilində də Paşinyana qarşı bu mövzuya dair tənqidlər səslənir. Ona qarşı irad tutulan mövzulardan biri də məhz Azərbaycan Prezidenti tərəfindən "Zəngəzur dəhlizi" termininin istifadəsidir. Amma bu da öz növbəsində müəyyən müddət tələb edir ki, cəmiyyətlər liderlərin mövqeyinə adaptasiya olsun.

- Sülh üçün yeganə maneə olan Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı yanaşmalar nədən ibarətdir?

- Paşinyan artıq bildirib ki, konstitusiya dəyişdirilməyəcək. Çünki yeni konstitusiya qəbul ediləcək. Bu tamamilə fərqli anlayışdır. Əslində bu Ermənistanın bir dövlət kimi yenidən elan edilməsi, ideoloji və normativ bazasının yaradılması deməkdir. Baş nazir artıq gələn il keçiriləcək parlament seçkiləri öncəsi öz proqramını formalaşdırmaqdadır. Azərbaycanla əldə ediləcək sülh yeni konstitusiyanın qəbul edilməsi ilə bağlıdır. Amma Ermənistan qanunvericiliyində referendumun elan olunması üçün parlamentin üçdə ikisi bunun lehinə olduğu halda mümkündür. Hazırda isə Paşinyanın partiyası Ermənistan parlamentində üçdə iki səviyyəsində deputat sayına malik deyil. Yəni, bu məsələ eyni zamanda hüquqi cəhətdən nəzərdən keçirilməlidir. Ona görə Paşinyan qarşıdakı seçkilərdə ya mütləq üstünlük qazanmalıdır, ya da parlamentdə təmsil olunan digər siyasi partiyalarla öz niyyətini uzlaşdırmalıdır.

- AŞPA də və digər erməni lobbisinin güclü olduğu təşkilatlarda “Qarabağ erməniləri” mövzusu gündəmdə saxlanılır. Ermənistanın hazırkı hakimiyyətinin bu məsələdəki mövqeyi necədir?

- Paşinyan hesab edir ki, hazırkı şəraitdə Qarabağdan könüllü şəkildə getmiş ermənilərin geri dönüşü mümkün deyil. Bu diskusu Ermənistanda bir neçə istiqamətdə qurmaq olar. Çünki buradan getmiş ermənilər Qarabağa qayıtsa, azərbaycanlılar da (Qərbi azərbaycanlılar) Ermənistana qayıtmalıdır. Ermənistana azərbaycanlıların qayıtmasını istəməyən Paşinyan Qarabağ ermənilərinin də Azərbaycana qayıtması söhbətini açmır. Onun bu istiqamətdə olan fikirləri aydın görünür. Həmçinin o qərb ölkələrindən Qarabağdan gedən ermənilərin Ermənistan cəmiyyətinə inteqrasiyası üçün kifayət qədər maddi yardım alır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Oktyabr 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see274

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see233

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see210

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see193

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see183

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see175

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see158

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see158

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see151

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see151

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see150

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see149

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see146

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see144

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see142

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see137

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri