Icma.az
close
up
RU
Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? Türkiyəli general detalları açıqladı MÜSAHİBƏ

Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? Türkiyəli general detalları açıqladı MÜSAHİBƏ

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Birləşmiş Millətlər İqlim Zirvəsinin COP 29-un Azərbaycanda keçirilməsi, Azərbaycanın son dövrlər üçün 32 illik uğurlu tarixi baxımından çox mühüm hadisədir. Bu tədbir ölkənin əldə etdiyi beynəlxalq etibarlılığın, beynəlxalq nüfuzunun, Qafqaz bölgəsindəki gücünün, müstəqil və təhlükəsiz ölkə olmasının göstəricisidir.

Dünya üzrə 72 minə yaxın insanın qatıldığı, 3 minə yaxın jurnalistin izlədiyi, 169 ölkədən nümayəndələrin iştirak etdiyi bu tədbirin Azərbaycanda keçirilməsinin çox böyük əhəmiyyəti var. Azərbaycan beynəlxalq öhdəliyini uğurla və məsuliyyətlə yerinə yetirir”.

Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, ehtiyatda olan general-mayor Yücel Karauz Musavat.com-un müxbirinə müsahibəsində deyib.

General bildirib ki, bu tədbir eyni zamanda Qarabağ zəfərindən sonra bölgədəki təhlükəsizliyin, sabitliyin və əmin-amanlığın əsas təminatçısının Azərbaycanın olmasının bir təsdiqdir. Böyük ölçüdə bir tədbiri dünya miqyasında təşkil edə biləcək ölkələrdən biri olmaq heç də asan deyil.

-Mənim şəxsi qiymətləndirməmə görə, indiyə qədər Azərbaycanda keçirilmiş Avropa Oyunları və digər beynəlxalq tədbirləri də nəzərə alsaq, tədbir 32 illik dövrün ən əhəmiyyətli hadisəsidir.

Həmçinin, bu qədər insanın rahatlıqla ölkəyə gəlişi, tədbirdə iştirak etməsi, qonaq edilməsi və böyük bir tədbirin təşkil olunması Azərbaycanın dünyadakı yerini və gücünü göstərdi.

- Yücel bəy, Qərbin bəzi liderləri, o cümlədən Fransa prezidenti Emmanuel Makron qərəzli şəkildə COP 29-a qatılmadı. Lakin Fransa bununla kifayətlənmədi, hətta havadarlıq etdiyi digər ölkələri də Azərbaycana gəlməməyə təşviq edirdi. Sizcə ölkəmizdə Paris iqlim sazişinin konfransının keçirildiyi bir dövrdə Makronun tədbirə qatılmaması məntiqsizlikdən xəbər vermirmi?!

- Makronun tədbirə qatılmaması daha yaxşıdır. Normal olan budur. Çünki Fransa prezidentinin Qafqaza, xüsusən də Azərbaycana qarşı ikili standartlı, haqq və hüquqdan uzaq siyasətinə nəzər salsaq, Fransanın artıq arenada tək qaldığını görürük. Sanki bu ölkə dünya içində ayrıca bir dünya qurub. Makron Azərbaycana gəlməməklə, əslində, nə qədər kompleksli olduğunu göstərdi. Bu, həmçinin Makronun Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini, sülhə doğru addımlar atmasını həzm edə bilməməsinin nəticəsidir. Əlbəttə ki, Fransa lideri Azərbaycanın diplomatik qələbəsini qəbul edə bilmir. Yaxşı ki, Makron gəlmədi, onun yoxluğunda tədbir çox uğurlu baş tutur. Müstəmləkələri olan Fransanın dünyaya deyəcək sözü yoxdur.

- Həmçinin Ermənistan da COP 29- a qatılmadı. Sizcə bu sülh prosesinə hansısa dərəcədə təsir edə və münasibətləri daha da soyuda bilərmi?

- Ermənistan təbii ki, siyasi təzyiqlərə görə COP29-a qatılmadı. Bu, həm də Ermənistanın daxili siyasi ilə əlaqədardır. Paşinyan narahat idi, düşünürdü ki, Azərbaycana gələrsə, Ermənistanla Azərbaycan arasındakı mövcud durumu, strateji mövqeni qəbul etmiş sayılacaq və bu ölkəsində aqressiv reaksiyalarla qarşılana bilərdi. Bütün hallarda Ermənistan nümayəndələrinin Bakıya gəlməməsi sülh prosesinə ciddi təsir etməyəcək.

- Rusiyanın XİN sözçüsü Mariya Zaxarova iddia edir ki, Ermənistan üçtərəfli formatlarda fəaliyyətini dondurub. Onun sözlərinə görə, rəsmi İrəvan Qərbin təzyiqi ilə üçtərəfli işçi qrupda, eyni zamanda bütün üçtərəfli formatlarda fəaliyyətini dondurub. Belə olan halda danışıqların gedişatı gələcəkdə necə ola bilər.

- Ermənistan üç tərəfli bəyannamənin imzalanmasından 4 il keçməsinə baxmayaraq, verdiyi sözləri yerinə yetirmir. Rusiya isə bu halda açılacaq dəhlizlərin təhlükəsizliyi, ona nəzarətin, ümumiyyətlə isə Qafqaz bölgəsində əldə etməyə çalışdığı çıxarlardan məhrum olacağından narahatdır. Ümumilikdə isə deyə bilərəm ki, Azərbaycan və Ermənistan hər hansısa təşkilat və ölkə olmadan sülhü əldə edə bilərlər.

- Donald Tramp prezident seçkilərində qalib gəldi. Bəllidir ki, o, əvvəlki dönəmində olduğu kimi yenə də Çinə qarşı ticarət savaşını davam etdirəcək və Orta Dəhliz layihəsinə qarşı çıxacaq. Orta Dəhliz layihəsinə maneə birbaşa Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaq deməkdir. Çünki Zəngəzur dəhlizi Orta Dəhlizin bir hissədir. Belə görünür, Tramp hakimiyyəti dövründə ABŞ yenə dəhlizlərin açılmasına mane olacaq...Bu haqda fikirlərinizi bilmək istərdim.

-Trampla bağlı söz demək çətindir. Çünki bu şəxs nəzarət edilə bilən və proqnozlaşdırılan lider deyil. O daha praqmatik, yaxın zamanlı işlərlə məşğul olmağı sevir. Əlbəttə, Çinə qarşı mübarizə aparmaq ABŞ-nin və NATO-nun əsas hədəfidir. Dolayısı ilə də Çinin iqtisadiyyatına töhfə verəcək layihələrə qarşı çıxır. Lakin ABŞ-ni dünyadakı tək güc, hər dediyi olacaq bir dövlət kimi görməməliyik. Onun da daxili problemləri var, onların həlli ilə məşğuldur. Bu baxımdan Tramp üçün öncəlik Orta Dəhliz və ya Zəngəzur dəhlizi deyil. Buna görə də başlanmış olan layihəni bölgə dövlətləri ilə koordinasiyalı formada şəkilləndirməyə davam etməliyik.

-Trampın hakimiyyəti dövründə ABŞ - Azərbaycan münasibətləri necə olacaq?

-Trampın hakimiyyəti dövründə münasibətlərdə yeni başlanğıc edilə bilər. Tramp bəzən məntiqli qərarlar verən liderdir. Əgər Azərbaycan milli maraqlarını bir dialoq çərçivəsində uyğun platformalarda ABŞ ilə davam etdirərsə, yeni zəmin yaranacaq.

- Ukrayna- Rusiya savaşının bitməsi gözlənilir. Qeyd edilir ki, yanvar ayında sülh bağlana bilər. Sizcə Tramp hökuməti Bayden administrasiyasından fərqli olaraq bu sülhü tezləşdirəcəkmi?

- Donald Tramp çıxışlarında deyir ki, bir gün ərzində müharibəni bitirə bilər. Siyasi şərhçilər də bunun baş verə biləcəyinə inanırlar. Çünki Trampın öncəliyi Rusiya-Ukrayna müharibəsi deyil. Əsas planda Çinə və Orta şərqdə İsrailə yönəlmiş fəaliyyət durur. Tramp Rusiyanın qıcıqlandırıldığını, təhrik edildiyini və buna görə müharibənin baş verdiyini bildirir. Hələ yanvar ayına qədər çox uzun zaman var. Bayden hakimiyyətdən getməmişdən öncə uzun mənzilli ballistik raketləri Rusiyaya qarşı istifadə etmə icazəsini Zelenskiyə verdi. Buna görə də üçüncü dünya müharibəsinin başlanmasına səbəb olacaq hadisələr ola bilər. Çünki Bayden hələ də atəşlə oynayır və bu çox pis hadisələrə səbəb ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 Noyabr 2024 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri