Icma.az
close
up
RU
Tramp meşə yanğınlarında Baydeni günahlandırdı: Yanğın hidrantlarında su yoxdur!

Tramp meşə yanğınlarında Baydeni günahlandırdı: Yanğın hidrantlarında su yoxdur!

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Donald Tramp Los-Ancelesdəki yanğınların Co Bayden və Kaliforniya qubernatoru Newsomun pis idarə edilməsindən qaynaqlandığını iddia edib. Müdaxilə üçün kifayət qədər su ehtiyatının olmadığını bildirən Tramp Kaliforniya qubernatoru Newsomun istefasını tələb edib. Newsom isə: “İnsanlar evlərini, yaxınlarını, həyatlarını itirirlər. Tramp hələ də siyasət dalınca gedir”  deyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Truth Social-a verdiyi açıqlamada Los-Ancelesdəki yanğınların “Bayden və Kaliforniya qubernatoru Gavin Newsomun səhv idarəçiliyi və səriştəsizliyi” səbəbindən baş verdiyini iddia edib.

Tramp Los-Ancelesdəki yanğınlarla mübarizə aparmaq üçün yanğın hidrantlarında su olmadığını və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin (FEMA) maliyyə imkanlarının tükəndiyini bildirib.

O, Kaliforniya administrasiyasının ətraf mühit siyasətinin şirin suyu bataqlıq ərazilərə və vəhşi təbiət ərazilərinə yönəltdiyini, yanğınsöndürmə üçün istifadə edilən su mənbələrini qurutduğunu bildirərək, Newsomun istefasını tələb edib.

Qubernator Newsom isə, CNN-ə verdiyi müsahibədə Trampın tənqidlərinə cavab verərək: “Onun bu vəziyyətdə belə siyasətlə məşğul olmaq istəməsi inanılmazdır. İnsanlar evlərini, yaxınlarını, həyatlarını itirir. Yanğınlar uşaqların məktəblərini və ailələrinin həyatını məhv edir, ancaq Tramp hələ də siyasətlə məşğuldur”, – deyə bildirib.

Ağ Evdən Trampın Baydeni tənqid etməsi ilə bağlı hələ heç bir açıqlama verilməyib. ABŞ mətbuatı Trampın Newsom ilə uzun müddətdir davam edən gərginliyi yanğınlara görə yenidən gündəmə gətirdiyinə diqqət çəkib.

Qeyd edək k, Tramp və Newsom arasında yanğınlardan əvvəl ətraf mühit siyasəti, iqlim dəyişikliyi və immiqrasiya kimi məsələlərlə bağlı keçmişdə də qızğın mübahisələr olmuşdur.

Xatırladaq ki, yanvarın 7-də Los-Ancelesdə baş verən meşə yanğınının şəhərin dəbdəbəli məhəllələrindən birində başladığı və 6 fərqli bölgədə davam etdiyi, indiyədək yanğında 5 nəfərin həyatını itirdiyi bildirilib.

Günel Həsənova 

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Yanvar 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see214

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see169

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see162

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see158

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see140

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see138

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri