Tramp niyə Anıtqəbiri ziyarət etmədi? Engin Özər
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Trampın NATO Sammiti çərçivəsində Ankaraya səfəri zamanı Anıtqəbiri ziyarət etməməsi Türkiyədə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Hətta bəzi müxalif partiya funksionerləri buna etiraz bildiriblər.
Sözügedən məsələ ilə bağlı türkiyəli politoloq Engin Özər Axar.az-a açıqlamasında deyib ki, burada yanlış anlaşılma var.
“Bildiyiniz kimi, bu, NATO-nun tədbiridir və Ankaraya gələn liderlər də NATO Sammitində iştirak üçün təşrif buyurmuşdular. Yəni xarici ölkə liderlərinin bu səfəri Türkiyəyə birbaşa dövlət səfəri deyil. Buna görə də Türkiyəyə səfər edən liderlərin heç birinin, o cümlədən Donald Trampın səfər proqramına Anıtqəbirin ziyarəti daxil edilməyib.
Buradan hansısa məna çıxarmağa çalışmaq doğru deyil. Əslində, hərra rəsmi dövlət səfəri zamanı bir dövlət başçısı Anıtqəbiri ziyarət etməyə vaxt çatdırmırsa, bunu da hörmətlə qarşılamaq lazımdır”, - o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 09 İyul 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















