Tramp öz adını daşıyan dərman veb saytı açdı
Icma.az, Unikal.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp əlverişli qiymətə dərmanların əldə edilə biləcəyi "TrumpRx.gov" veb saytını ictimaiyyətə təqdim edib.
"Unikal" xəbər verir ki, Ağ Evdə keçirilən mətbuat konfransında özünün eyniadlı əczaçılıq veb saytının istifadəyə verildiyini elan edən Tramp, vəzifəyə başladığı gündən bəri bütün əsas əczaçılıq şirkətləri ilə ciddi müzakirələr apardığını və bu müzakirələrin bir çox vacib dərmanların qiymətlərində əhəmiyyətli dərəcədə azalma ilə nəticələndiyini söyləyib.
Tramp seçkilərdə verdiyi böyük vədi yerinə yetirdiyini bildirərək, yeni xidmətin milyonlarla amerikalıların həyatına birbaşa təsir edəcəyini və onların büdcəsinə əhəmiyyətli dərəcədə töhfə verəcəyini açıqlayıb.
"Biz bütün dövrlərin ən transformativ səhiyyə təşəbbüslərindən birini başlatırıq. Bu, böyük bir işdir", - o, əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 06 Fevral 2026 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















