Icma.az
close
up
RU
“TRAMP ÖZÜ PANİKA İÇİNDƏDİR” Rusiyanın sabiq XİN başçısından ilginc açıqlamalar

“TRAMP ÖZÜ PANİKA İÇİNDƏDİR” Rusiyanın sabiq XİN başçısından ilginc açıqlamalar

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

“Zelenski onunla şəxsi polemikaya girməklə səhvə yol verir”

“Birincisi, Trampın dediyi ilə etdiyi ayrı-ayrı şeylərdir. İkincisi, onun dedikləri ani xarakter daşıyır. O, bu gün bir, sabah isə tamamilə başqa bir şey deyə bilər”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiyanın sabiq xarici işlər naziri, təcrübəli diplomat, hazırda ABŞ-də yaşayan Andrey Kozırev “Dojd” kanalına müsahibəsində deyib. 

Bu müsahibə Ağ Evdə Volodimir Zelenski, Donald Tramp və Cey Di Vens arasında yaşanan məlum qalmaqaldan əvvəl verilib. Lakin burada deyilənlər həmin görüşdən sonra daha da aktual görünür.

Kozırev sözügedən müsahibəsində qeyd edib ki, hazırda seyr edilən mənzərə - kimisə qorxutmaq, şoka salmaq, yaxud tərifləyib ələ almaq, satın almaq Trampın danışıqlar aparmaq taktikasıdır: “Məsələn, Putinə “qızıl dağlar” vəd edə bilər ki, o da əvəzində nəyisə etsin. Ancaq məhz nəyi? Hesab edirəm ki, Tramp heç özü də bilmir ki, Putindən nə istəsin. O, sadəcə uğur qazanmaq istəyir... Məsələn, mən respublikaçıların əsas qəzeti olan “Wall Street Journal”-ı oxuyuram, onlar çox şeyi düz yazırlar. Onlar son günlər Trampı sərt tənqid edirlər. Həm tariflərə, həm Kanada məsələsinə, həm də digər məsələlərə görə. Son iki gündə isə çox narahat şəkildə yazırlar ki, Tramp risk edir və sonda heç nəsiz qala bilər. Əvəzində NATO-nu dağıtmasa belə, onun mövcudluğunu böyük şübhə altında qoya bilər. Bunu respublikaçıların Konqresdəki liderləri də görürlər. İndi daha çox nəticəni gözləmək və görmək istəyirlər. Hamı sülh istəyir, amma necə bir sülh? Bunu heç kim bilmir. Məncə Trampı heç nə maraqlandırmır – nə sülh, nə bu sülhün nəticələri, nə kimin qalib gələcəyi... Onu sadəcə, müharibəni dayandırmaq və bunun üçün alacağı mükafat, şərti olaraq Nobel mükafatı maraqlandırır”.

Kozırev qeyd edir ki, indi Tramp sadəcə, müharibəni dayandırmağın yollarını axtarır və bunu edə bilmədiyi üçün panika içindədir: “Görünür, o əvvəlcə doğrudan da hesab edirdi ki, müharibəni “Tanrının verdiyi xarizma” hesabına 24 saata dayandıra biləcək. Onun doğrudan da xarizması və bəxtinin gətirməsi var. O, ikinci dəfə ABŞ Prezidenti ola bilib və buna hörmətlə yanaşmaq lazımdır. Lakin o, indi reallıqla qarşılaşıb və reallıq xeyli daha mürəkkəbdir. Bu reallıq isə onda və ətrafında panika yaradır. 24 saata söz vermişdi, bu gün 30 gündən çox keçir artıq, amma heç nə baş vermir. Daha doğrusu, çoxlu səs var, hay-küy var, əvəzində nəinki sülh, heç atəşkəs də üfüqdə belə görünmür. ABŞ-nin milli maraqları üçün şərtlər qeyri-məqbuldur. Bu da bir növ panika yaradır və Ukraynaya qarşı sərt ritorika da bundan irəli gəlir. Lakin sabah eyni ritorika əks istiqamətdə(Rusiyaya qarşı) də ola bilər”.

Kozırev hesab edir ki, Trampın “tarixi olaraq” Putinə simpatiyası daha çoxdur, nəinki Zelenskiyə. Ən azı ona görə ki, Zelenski Trampın hələ birinci prezidentliyi dövründə ona Ukarynadan istədiklərini verməyib: “Keçən prezidentliyi dövründə, 2019-cu ildə Zelenski ona istədiyi kompromatı(Baydenə və onun oğluna qarşı-red.) verməmişdi. Belə bir kompromat heç yox idi də. Ancaq Tramp həmin vaxt düşünürdü ki, “mənim kimi böyük adam üçün bir kompromat tapa bilmirsən? Tapa bilmirdin, özündən uyduraydın”. Yəni, o vaxtdan Zelenskidən incik düşmüşdü. İndi yeni məlum məsələlərə görə ondan narazıdır. Trampın indiki vəziyyəti daha çox psixoloji dramı xatırladır. Məsələn, bir sinifdə arxa partada oturan xuliqan şagirdlə öndə oturan əlaçı şagird dava edəndə, sinifə daxil olan və o qədər də prinsipial olmayan müəllimə dərhal bunu dayandırmağı tələb edir və ilk olaraq xuliqanın yox, əlaçının üstünə düşür, onu danlayır və vurur. Çünki əlaçını danlamaq, vurmaq daha asandır. Xuliqanla isə çətindir. O, həmişə xuliqan olub, ondan hər şey gözləmək olar, söz də qaytara bilər, əl də qaldıra bilər və s. Onda müəllimə axmaq bir vəziyyətə düşər. Trampın düşünülməmiş, siyasi cəhətdən əlbəttə ki, qəbuledilməz açıqlamalarının və hərəkətlərinin arxasında da məhz bu cür çaşqınlıq, hətta panika durur. Nə etmək olar? Deməli, əvvəlcə “əlaçı”nın üstünə düşmək lazımdır(Amma Zelenski əlaçı kimi sakit durmur). Lakin əgər bu kömək etməsə, deməli, xuliqanın məsələsini həll etmək lazım gələcək”.

Kozırev deyib ki, Zelenskinin dünyada böyük nüfuzu var. Lakin o, Trampın dediklərini emosional şəkildə qəbul etməklə və məsələni şəxsiləşdirməklə səhvə yol verir: “Zelenskiyə məsləhət vermək fikrim yoxdur. Ancaq onun yerində olsaydım, Trampın xarakterini nəzərə alaraq, hər şeyi öz içimdən keçirməzdim, emosional qəbul etməzdim. Mən məsələni şəxsiləşdirməzdim və açıqlamalarımda Trampın adını çəkməzdim. Mahiyyət etibarilə Zelenskinin dedikləri əlbəttə ki, doğrudur, bunu hər kəs bilir və bunlar deyilməlidir. Lakin Trampla şəxsi polemikaya girmək doğru deyil... Bir daha deyim ki, Trampa sadəcə, xal qazanmaq lazımdır və ona hərdən bunu etməsinə imkan yaratmaq(Zelenski tərəfindən) daha doğru olardı. Nə qədər də olmasa, Tramp ABŞ kimi böyük ölkənin qanuni seçilmiş prezidentidir. Trampa lazımdır ki, seçicilərinə, Konqresə, nəhayət, özünə sübut etsin ki, nəyəsə nail ola bilir. Zelenski də bunu nəzərə alsa, ona məlum nadir metallar da daxil olmaqla, yeni layihələr, təkliflər versə daha yaxşı olar”.

Kozırev sonda qeyd edib ki, Avropa, xüsusilə də iki nüvə dövləti olan Fransa və İngiltərə indi əvvəlkindən daha cəsarətli, qətiyyətli olmalı, sözdə deyil, əməldə Ukraynaya daha açıq və güclü dəstək verməlidirlər ki, Trampın qərarlarına təsir edə bilsinlər.

C.Məmmədov

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 07 Mart 2025 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see226

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see214

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see196

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see195

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see187

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see182

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see170

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see166

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see149

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see147

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see147

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see144

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see143

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see143

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see140

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see140

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see133

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see131

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri