Icma.az
close
up
RU
Tramp Putin ittifaqı Kiyevi çətin vəziyyətə salır ŞƏRH

Tramp Putin ittifaqı Kiyevi çətin vəziyyətə salır ŞƏRH

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

“Ukrayna ABŞ-dən arzuladığı dəstəyi ala bilmir"

Rusiya-Ukrayna müharibəsi ilə bağlı diplomatik prosesdə Moskvanın mövqeyi dəyişməz olaraq qalır. Rusiya rəsmiləri bildirirlər ki, Qərbin kompromisə getməməsi və Ukrayna ilə bağlı danışıqların nəticəsiz qalması halında Moskva qarşıya qoyduğu məqsədlərə hərbi yolla nail olmağa çalışacaq. Rusiya xarici işlər naziri Sergey Lavrov da son açıqlamasında bu mövqeyi bir daha açıq şəkildə ifadə edib. O, Qərbin diplomatik təşəbbüsləri dəstəkləmək əvəzinə kompromisdən yayınmasının müharibənin gedişinə təsir göstərə biləcəyini vurğulayıb.

Lavrovun sözlərinə görə, Rusiya üçün danışıqlar yolu daha üstün variantdır. Lakin Moskva hesab edir ki, diplomatik həll mümkün olmayacağı təqdirdə, qarşıya qoyulan məqsədlər döyüş meydanında həyata keçirilə bilər. Rusiya XİN rəhbəri bu mövqeyin Prezident Vladimir Putin tərəfindən dəfələrlə səsləndirildiyini xatırladıb.

Politoloq Abutalıb Səmədov isə “Sherg.az"a açıqlamasında deyib ki, Rusiya Xarici İşlər naziri Putinin Trampın nümayəndələri ilə görüşdə söylədiklərini təkrar edib:

“Həmin görüşdə Putin açıq şəkildə dedi ki, Donbass bütünlüklə Rusiyaya verilməlidir. Əks halda ilin sonuna qədər Rusiya həmin əraziləri işğal edəcək. Yəni, Putin təbii ki, işğal edəcək demədi, nəzarətə götürəcək dedi. Bu, realdırmı? Təbii ki, real deyil. İlin sonuna qədər Rusiyanın Donetsk vilayətinin 15%-ni işğal etməsi mümkün deyil. Ancaq bir reallıq da var ki, ötən il Alyaskada keçirilən görüşdən sonra Donbassla əlaqədar Putinlə Tramp arasında razılaşma əldə olunmuşdu. Həmin dövrdə Kiyevin nəzarətində təqribən Donetsk vilayətinin 25%-i var idi. İndi 15 faiz. Yəni bir il ərzində, haradasa 8-10% ərazini Rusiya işğal edə bilib. Ancaq indi çox ağır irəliləyirlər. Əgər rusların işləri istədikləri kimi getsə, bir ildən, il yarımdan tez Donetski tamamilə işğal etmək mümkün olmayacaq”.

Analitik qeyd edib ki, Rusiya irəliləyir və burada üzləşdiyi insan itkiləri onları qətiyyən narahat eləmir:

“Bu səbəbdən Lavrov da belə ürəklə danışır. Digər tərəfdən çox təəssüf ki, Ukrayna ABŞ-dən arzuladığı nə diplomatik, nə də hərbi dəstəyi ala bilmir. Hətta bir çox məsələlərdə Tramp Putinin yanında yer alır. Bu da təbii olaraq Ukraynanın mövqelərini çox zəiflədir. Rusiyada parlament seçkilərindən sonra danışıqların intensivləşdirilməsi haqqında qərar verilib. Ancaq çox güman ki, razılığa gəlmək mümkün olmayacaq. Yaxşı halda 2027-ci ilin əvvəllərində, yaxud ortalarında ola bilsin ki, sülh danışıqları hansısa nəticə verəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Sentyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri