Icma.az
close
up
RU
Tramp Putinə Azərbaycan haqda nə deyib? Kremli dəhlizlə bağlı sevindirən gəlişmə

Tramp Putinə Azərbaycan haqda nə deyib? Kremli dəhlizlə bağlı sevindirən gəlişmə

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın beynəlxalq təcrid altında olduğu, xüsusilə Cənubi Qafqazdan təzyiqlərlə sıxışdırıldığı bir dönəmdə ABŞ Prezidenti Donald Trampın bu ölkənin rəhbəri Vladimir Putinlə Alyaskada görüşü xüsusi diqqət çəkir. Həmçinin Ağ Ev rəhbəri ilə danışıqların Kreml liderinin mövqelərini möhkəmləndirəcəyi də deyilir.

Analitiklərin fikrincə, Putin siyasi və strateji baxımdan güclənərsə, bu, regiondakı balansı dəyişə və Azərbaycana müəyyən təhlükələr yarada bilər. Bakı-Moskva münasibətlərində mövcud gərginlik fonunda belə bir situasiya arzuolunmaz hesab edilir.

Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, indiki şəraitdə dünyanın böyük dövlətlərinin liderlərinin görüşü xeyli sual doğurur:

“Dünyanın hər nöqtəsində baş tutan görüşlər bir çox müşahidəçilər və analitiklər tərəfindən fərqli kontekstdə izah edilir. Tramp və Putinin Alyaskadakı görüşü ilə Cənubi Qafqazdakı geosiyasi vəziyyət arasında müəyyən əlaqələr mövcuddur. Lakin hər şeyi bir görüşə bağlayıb qiymətləndirmək mövcud reallığı tam əks etdirməz.

Zəngəzur dəhlizi yalnız Avropa, ABŞ və Çinin deyil, həm də Rusiyanın maraq dairəsinə daxildir. Moskva dəhlizin açılmasında iştirak etməklə kommunikasiyalarda və ticarətdə əhəmiyyətli gəlir əldə edə bilər. Kreml Vaşinqtonda imzalanan üçtərəfli bəyannaməyə də müsbət münasibət bildirib. Rusiya baş nazirinin müavininin Ermənistan və Azərbaycana gözlənilən səfərləri göstərir ki, Kremli maraqlandıran məsələlər mövcuddur və bəzi suallara cavab tapmağa çalışacaq.

Həmçinin oxuyun:

Tramp və Putinin Alyaskada gizli razılaşması – Ukrayna xəritəsi dəyişir?

Alyaskada liderlərin nə danışdığı və Cənubi Qafqazla bağlı hansı mövzuların müzakirə edildiyi barədə dəqiq məlumat yoxdur. Lakin hər iki tərəf üçün bu məsələ olduqca həssasdır. Ukrayna ilə bağlı danışıqlarda ciddi nəticə əldə olunmasa da, prosesin davam etdirilməsi ilə bağlı razılığa gəlmək müəyyən ümidverici fikirlərin səslənməsinə səbəb olub. Bütün bunlar potensial olaraq hələ hər şeyin itirilmədiyini göstərir”.


Füzuli Qurbanov

Siyasi şərhçi bildirib ki, Zəngəzur dəhlizi məsələsində ABŞ və Rusiya arasında ciddi fikir ayrılıqlarının olduğunu düşünmür:

“Moskvanın prosesdə iştirakı gec-tez razılaşdırılacaq. Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması məsələsində isə ehtiyatlı olmaq lazımdır. Böyük dövlətlər geosiyasi nüfuzlarını bərpa etmək üçün mübarizələrini davam etdirirlər. İndiki reallıqlar fonunda ABŞ və Rusiyanın Cənubi Qafqazdakı proseslərə marağının artdığı görünür. Bölgədə geosiyasi həssaslıq yüksək səviyyədədir. İran da prosesdə aktiv iştirak edir. Ermənistanla təmasları və verdiyi bəyanatlar buna nümunədir.

Bütün bu proseslər Azərbaycanın İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatlarında əldə etdiyi uğurlar, formalaşan geosiyasi reallıqlar fonunda baş verir. Region və dünyanın böyük dövlətləri bu reallıqları qəbul edir və onların çərçivəsində kompromis variantları axtarmağa çalışırlar. Proseslər bu istiqamətdə davam edərsə, Çindən Avropaya qədər bir çox ölkənin və xalqların rifahı, sabit və təhlükəsiz yaşaması üçün gözəl imkan yaranacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Avqust 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri