Tramp Putinin ona qarşı hörmətsizliyi ilə bağlı deyilənlərə sərt cavab verdi
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Ağ Ev rəhbəri Donald Tramp Rusiya lideri Vladimir Putinin ona qarşı hörmətsizlik nümayiş etdirməsi fikri ilə razılaşmayıb.
Oxu.Az-ın Rusiyanın NTV kanalına istinadla verdiyi məlumata görə, ABŞ lideri bunu öz təyyarəsinin göyərtəsində jurnalistlərlə keçirdiyi brifinq zamanı edib.
"The Washington Post" qəzetinin müxbiri bildirib ki, Putinin Ukraynanın işğalını davam etdirməsi ABŞ prezidentinə hörmətsizlikdir.
-Kim? Kim? - Tramp təəccüblə soruşub.
- Prezident Putin sizin orada sülh əldə etməyə çalışdığınız zaman Ukraynanı işğal etməklə sizə qarşı hörmətsizlik göstərir, - deyə jurnalist fikrini təkrarlayıb.
- O nə edib? - deyə ABŞ prezidenti soruşub.
- O, Ukraynanı işğal edir, - deyə jurnalist cavab verib.
- O, mənə hörmətlə yanaşmır?... Harada işləyirsiniz? - deyə Tramp jurnalistdən soruşub.
- Maykl Börnbaum, "Washington Post", - deyə jurnalist özünü təqdim edib.
- Siz mənim etimadımı itirdiniz. Davam edək, - deyərək Tramp digər suallara keçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 10 Mart 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















