Icma.az
close
up
RU
Qüdrət Həsənquliyev: “Putinin Ukrayna müharibəsində qalib gəlməsi üçün Trampın dəstəyinə ehtiyacı var“

Qüdrət Həsənquliyev: “Putinin Ukrayna müharibəsində qalib gəlməsi üçün Trampın dəstəyinə ehtiyacı var“

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qüdrət bəy,Venesuella prezidentinin oğurlanmasını necə qarşıladınız?

Bu ilk növbədə Venesuellada dövlət institutlarını qorumalı olan strukturların nə qədər zəif olmasını göstərdi.Dövlət mafiya prinsipləri ilə idarə olunanda belə olur.Kənardan daha güclü biri ortaya çıxanda tərəfdarları dərhal onu satır ,həmin yeri tutmaq üçün güclüyə  öz xidmətlərini təklif edirlər.İkincisi,bu hadisə göstərdi ki,beynəlxalq hüquq deyilən bir şey qalmayıb.Kim güclüdürsə istədiyini milli maraqlar adı altında həyata keçirir.Başqa bir məsələ isə ondan ibarətdir ki,cinayət törədən dövlət başçılarını da məsuliyyətə cəlb etmək yolu yoxdu.Əgər ABŞ-nin dediyi kimi Maduro ABŞ-yə narkotika ixracı ilə məşğuldursa BMT Təhlükəsizlik Şurasında Venesuella əleyhinə qərar qəbul etdirə bilərdimi?Əlbəttə ki,yox.Nə Rusiya ,nə Çin buna imkan verərdi.Ona görə BMT -də ciddi islahatlar aparılmalı,böyük nüvə dövlətlərinin veto hüququ aradan qaldırılmalı,Təhlükəsizlik Şurasında qərarlar 3/4 dörddə üç səs çoxluğu ilə qəbul olunmalıdır.

 ABŞ-də çoxları Rusiyanı işğalçı dövlət kimi  qınadığı bir vaxtda ABŞ niyə bunu etdi?

Çünki bunu itkilərsiz,yaxud az itkilər ilə həyata keçirməyin mümkünlüyünə əmin olublar.İkincisi ,Venesuella neftlə zəngin ölkədir.Ən başlıcası isə ABŞ Əfqanıstandan qaçandan və Rusiya Ukrayna müharibəsindəki  zəifliyi açıq-aşkar üzə çıxandan sonra ona kiçik də olsa qələbə lazım idi.Trampın güclü lider obrazı dağılırdı.Maduronun tutlması   Nyu-York meri Mamdaninin andiçmə gününə təsadüf etdi və bu, Mamdaninin inaqruasiya mərasiminin  ABŞ-də böyük siyasi hadisəyə çevrilməsinin qarşısını aldı.

 Maduronun həbsi ilə əlaqədar Rusiya ilə bir anlaşma ola bilərdimi?

Siyasətdə heç nəyi inkar etmək olmaz.Trampla Putin o qədər yaxındırlar ki,belə bir müzakirənin olmasını istisna etmirəm.Baxmayaraq ki,mətbuat konfransında Tramp  bunu inkar etdi. Putin Trampın nüfuzunun qalxması və daha güclü görünməsi üçün hər şeyə gedə bilər, çünki Ukrayna müharibəsində qalib gəlməsi üçün onun dəstəyinə ehtiyacı var.

 Venesuellada demokratik ,hüquqi dövlət qurmaq mümkün olacaqmı?

Bunu ABŞ və daha çox Venesuella xalqı istəməlidir. Demokratik Venesuella ABŞ-yə o qədər də sərf etmir.Bir şəxsə istədiyini qəbul etdirmək çox asandır ,nəinki bir xalqa.Bundan başqa gənclərin böyük bir kəsimi  kriminal qruplaşmaların fəaliyyətinə cəlb olunub,cəmiyyətdə böyük aşınma baş verib ,ali dəyərlər demək olar ki, ölüb.Bu baxımdan Venesuellada demokratik cəmiyyət qurmaq asan olmayacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Yanvar 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see242

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see200

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see160

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see156

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see144

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri