Tramp Putinlə razılığa gələ bilməsə, atacağı addımı açıqladı
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ prezidenti Donald Tramp bildirib ki, tərəflər Ukraynada nizamlanma üzrə razılığa gələ bilməsələr, onun administrasiyası Rusiyaya qarşı sərt iqtisadi sanksiyalar tətbiq etmək məcburiyyətində qalacaq.
Yeniavaz.com xəbər verir ki, o bu barədə rusiyalı həmkarı Vladimir Putinlə görüş üçün Ankoric şəhərinə uçarkən təyyarəsində jurnalistlərə danışıb.
“İqtisadi cəhətdən sərt. Bəli, onlar çox çətin olacaq”, - o, razılaşmaların olmadığı təqdirdə Rusiyanı hansı nəticələrin gözlədiyi ilə bağlı suala cavab verib.
“Mən bunu özüm üçün etmirəm, bu mənə lazım deyil. Mən daha çox diqqətimi ölkəmizə yönəltmək istərdim, amma bunu çoxlu insanın həyatını xilas etmək üçün edirəm”, - Tramp əlavə edib.

Əgər Tramp Putinlə razılığa gələ bilməsə...
06 May 2025 00:17
İddia: Tramp Putinlə razılığa gələ bilməsə, Rusiya iqtisadiyyatını məhv edəcək
13 Avqust 2025 22:16
Tramp Putinlə danışdığını açıqladı
14 Mart 2025 17:52
Tramp Putinlə görüşünün vaxtını açıqladı
10 Fevral 2025 17:30
Tramp Putinlə görüşmək istədiyi yeri açıqladı
13 Fevral 2025 01:15

