Tramp: Putinlə telefon danışığım çox yaxşı və məhsuldar keçdi
Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.
“Bu gün Rusiya Prezidenti Putinlə telefon danışığım çox yaxşı və məhsuldar keçdi”.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, rusiyalı həmkarı ilə bütün energetika və infrastruktur məsələləri üzrə dərhal atəşkəsin əldə olunması barədə razılığa gəliblər.
“Biz Rusiya və Ukrayna arasında bu dəhşətli müharibəyə son qoymaq və tam atəşkəs əldə etmək üçün sürətli işləmək barədə anlaşdıq. Mən prezident olsaydım, bu müharibə başlamazdı. Sülh müqaviləsinin bir çox elementləri, o cümlədən minlərlə əsgərin öldürülməsi faktını müzakirə etdik və həm Prezident Putin, həm də Prezident Zelenski bunun sona çatmasını istəyər. Bu proses indi tam gücü ilə gedir və biz insanlıq naminə bu işi yekunlaşdıracağıq”,- deyə Tramp əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 19 Mart 2025 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















