Tramp: Qəzzada çoxsaylı yenidənqurma və tikinti işləri aparacağıq
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Vaşinqton, 13 oktyabr, AZƏRTAC
“Qəzzaya çoxlu pul gələcək və çoxsaylı yenidənqurma və tikinti işləri aparacağıq”.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donal Tramp Yaxın Şərq Sülh Sammiti sonrası yekun bəyanatında deyib. O bildirib ki, bu yenidən qurmaq deyil, əsl quruculuq olacaq. “Təmizləmə və tikinti işləri aparılacaq. Mən böyük sərvətə, gücə və ləyaqətə malik olan çoxsaylı ölkələrin məhz bu gün və son bir həftə ərzində mənim yanıma gəlib Qəzzanın yenidən qurulmasına kömək etmək istədiklərini, lazım olan hər şeyə hazır olduqlarını bildirməkdən məmnunam. Bu, əlbəttə ki, çox puldur, lakin nəhəng ölkələrin sərvəti ilə müqayisədə böyük deyil”,- deyə Tramp əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 13 Oktyabr 2025 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















