Icma.az
close
up
RU
Kəklikotunun çoxsaylı faydaları

Kəklikotunun çoxsaylı faydaları

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qədimdə bu ot möcüzəli sayılırdı. Belə hesab olunurdu ki, kəklikotu insanın ruhunu möhkəmləndirir, "qara qüvvələr", cinlərlə mübarizə aparır.

Kəklikotunu yandırıb onun tüstüsünü evlərə, uşaqlara, ruhi xəstə insanlara verirdilər. Təbii ki, bütün bunların həqiqətə heç bir aidiyyatı yoxdur. Lakin kəklikotu həqiqətən çox faydalı otdur və bir çox hallarda effektli təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.

İlk növbədə kəklikotu insanın sinir sisteminə çox müsbət təsir edir:

- beyində qan dövranını və mübadilə prosesləri yaxşılaşdırır;

- sakitləşdirir, əsəbiliyi aradan qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır;

- baş ağrıları zamanı yaxşı kömək edir;

- xroniki yorğunluqla mübarizə aparır;

- yuxunu bərpa edir;

- yaddaşı və təfəkkürü yaxşılaşdırır.

Kəklikotu immun sistemi üçün də çox xeyirlidir. Soyuq fəsillərdə kəklikotu çayı  soyuqdəymə xəstəliklərinin profilaktikası məqsədi ilə istifadə oluna bilər. Kəklikotu çayı hazırlamaq üçün 1 çay qaşığı quru kəklikotu 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və adi çay kimi içilir. Çaya bal, limon əlavə etmək olar.

Soyuqdəymə xəstəliklərinin ilk simptomlarında belə çay çox yaxşı təsir edir, xəstəliyin inkişafını dayandırır.

Kəklikotu çox təsirli spazmolitik vasitədir. Kəklikotunun köməyi ilə spazmla (sıxılma)  bağlı olan ağrıları (baş ağrısı, bağırsaq spazmı və s.) azaltmaq və ya tam yox etmək mümkündür. Kəklikotu çay kimi dəmlənilir (yuxarıda göstərilir) və içilir.

Kəklikotu güclü antiseptik və antibakterial təsirinə malikdir. Bu səbəbdən kəklikotu dəmləmələri ağız boşluğu iltihabları, tonzillit zamanı qarqara üçün istifadə olunur. 1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir, 20 dəqiqədən sonra süzülür və hər 2 saatdan bir qarqara üçün istifadə olunur.

Kəklikotu bəlğəmgətirici xüsusiyyətlərinə malikdir. Kəklikotu respirator xəstəliklər (öskürək, bronxit və s.) zamanı nəfəs yollarında yığılan bəlğəmi durulaşdırır və onun çıxmasını asanlaşdırır.

Antiseptik xüsusiyyətlərinə malik olan kəklikotu bağırsaqlarda yaşayan ziyanlı mikroorqanizmləri yox edir, qurdqovucu təsir edir.

Kəklikotu həmçinin sistit, nefrit zamanı antiseptik və iltihabəleyhinə təsir edir, təbii sidikqovucu vasitə kimi istifadə olunur.

Kəklikotu həm də "kişi otu" adlandırılır. Sübut olunub ki, bu ot kişilərin cinsiyyət sisteminə müsbət təsir edir, cinsi funksiyasını artırır, prostatitin müalicəsində istifadə olunur.

Kəklikotu və xüsusilə kəklikotu yağı güclü yarasağaldan xüsusiyyətlərinə malikdir. Yanıqlar, xoralar, donvurma zamanı kəklikotu yağının istifadəsi ifadə olunmuş müalicəvi təsir edir.

Ekzema, psoriaz kimi dəri xəstəlikləri zamanı kəklikotu ilə müalicəvi vannalar çox yaxşı effekt verir. Bunun üçün 100 qr ot 1 l qaynar suda dəmlənilir, 30 dəqiqədən sonra süzülür və ilıq vannaya əlavə olunur.

Kəklikotu hamilə qadınlar üçün ziyanlı sayılır. Lakin əmizdirmə zamanı bu otun istifadəsi laktasiyanı gücləndirir.

Nəzərinizə çatdıraq ki, kəklikotunun qəbulu bəzi xəstəliklər, pozulmalar və s. zamanı tövsiyə edilmir. Bu səbəbdən bu otu istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:298
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri