Icma.az
close
up
RU
Qatığın çoxsaylı faydaları

Qatığın çoxsaylı faydaları

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Böyüklərin əksəriyyəti təbii süd içə bilmir - bu onlarda köpə, qarın ağrılarına və digər xoşagəlməz hisslərə səbəb olur.

Buna dözümsüzlük deyilir. Məsələ burasındadır ki, əksər insanların orqanizmində süd zülalın parçalanması üçün lazım olan fermentlər istehsal olunmur.

Əksinə isə süddən hazırlanan qatıq, ayran, süzmə və s. kimi məhsullar orqanizm tərəfindən  yaxşı və asan mənimsənilir və əksər hallarda heç bir xoşagəlməz hisslərə səbəb olmur. Bunun səbəbini izah edək. Bu məhsulların tərkibində olan süd zülalı parçalanmış vəziyyətdə olur ki, bu da onun mənimsənilməsini asanlaşdırır. Belə ki, bu məhsulların tərkibində olan faydalı maddələrin 90%-i orqanizm tərəfindən mənimsənilir, süddə olan xeyirli maddələrin bir çox hissəsi isə əksinə orqanizm tərəfindən mənimsənilmir.

Bəzi həkimlərdən hətta eşitmək olur ki, təbii süd insan orqanizminə (böyüklər nəzərdə tutulur) heç bir fayda vermir, lakin süddən hazırlanmış müxtəlif məhsullar (qatıq, süzmə, pendir, kəsmik və s.) isə əksinə çox faydalıdır.

Dahi rus fizioloqu İ.İ.Meçnikov uzun müddət ərzində insanın qocalma proseslərini və onların səbəblərini araşdırırdı. Bu araşdırmaların nəticəsində fizioloq belə bir nəticəyə gəldi ki, insanın bağırsaqlarında yaşayan çürüdücü bakterilər orqanizmi daim zəhərləyir, qocalma proseslərini sürətləndirir və müxtəlif xəstəliklərin inkişafına təkan verir. Bundan əlavə Meçnikov müəyyən edib ki, lakto- və bifidobakterilər bu ziyanlı bakterilərin artmasına mane olur.

Süd məhsulları lakto- və bifidobakterilərin əsas mənbəyidir. Belə ki, qatığın daim qəbulu bağırsaqların mikroflorasına çox müsbət təsir edir - burada "yaşayan" ziyanlı mikrobların çoxalmasına mane olur, xeyirli mikrofloranın əmələ gəlməsinə və çoxalmasına isə kömək edir. Bildiyimiz kimi, insan bağırsaqların normal mikroflorası immun sisteminin effektli fəaliyyəti üçün çox vacibdir. Beləliklə, qatığın daim qəbulu insanın immun sisteminə də müsbət təsir edir.

Saglamolun.az bildirir ki, qatıq həzm proseslərini yaxşılaşdırır, iştahanı artırır.

Qəbizlikdən, disbakteriozdan əziyyət çəkən insanlar mütləq qatıq qəbul etməlidir. Qatıq bağırsaqların peristaltikasını (hərəkətlilik) artırır ki, nəticədə bu qəbizliklə mübarizədə kömək edir.

Qatığın tərkibində həmçinin təbii antibiotiklər, süd turşusu, zülallar, yağlar, fermentlər var. Süd turşusu təbii antibiotik sayılır. Bu maddə ziyanlı bakterilərin çoxalmasına mane olur. Məhz bu səbəbdən qatıq təbii südlə müqayisədə daha uzun müddət ərzində təzə qalır, xarab olmur və süddən fərqli olaraq adətən zəhərlənmələrə səbəb olmur. Qatığın tərkibində olan təbii antibiotiklər bu məhsulun sterilliyini təmin edir.

Zəhərlənmədən bir müddət sonra həkimlər qatıq, ayran, dovğa kimi məhsulları qəbul etməyə icazə verir. Bu zədələnmiş bağırsaqların daha tez bərpa olunmasına kömək edir.

Qatıq kalsiumla zəngindir və bu kalsium qatıqdan orqanizm tərəfindən çox asan mənimsənilir.

Kalsiumdan əlavə qatıqda A, E,D, B qrupu vitaminləri, fosfor, maqnezium, əvəzolunmaz aminturşular var. Bütün bunlar insan orqanizmi üçün çox vacibdir.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri